AFFA çempionatda çıxış edəcək komandaların sayını artırır? – SON DƏQİQ

12 İyul 2024 09:40 II Divizion 6 392
AFFA çempionatda çıxış edəcək komandaların sayını artırır? – SON DƏQİQ

Növbəti mövsüm II Liqada iştirakçı sayı artırıla bilər.

Bu barədə AFFA-dan saytımıza məlumat daxil olub.

Federasiyadan redaksiyamıza verilən informasiya görə, rəhbərlik bununla bağlı bir müddətdir müzakirələr aparır.

Bildirilib ki, məsələ bu gün keçiriləcək İcraiyyə Komitəsinin (İK) toplantısında masaya yatırılacaq.

İK üzvlərinin fikirləri üst-üstə düşsə, yarışmaçıların sayı 14-dən 16-ya çatdırılacaq. Hətta bu rəqəmin 18-yə qaldırılması da istisna edilmir.

Belə olsa, üstünlük Region Liqasının təmsilçilərinə veriləcək. Həmçinin yeni yaradılan komandaların da birbaşa II Liqaya buraxılması gündəmdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti