COP29

Çempionatda yerini qoruya bilməyən komanda fəaliyyətini dayandırır?

9 İyul 23:20 II Divizion 3 961
Çempionatda yerini qoruya bilməyən komanda fəaliyyətini dayandırır?

I Liqada yerini itirən «Araz Saatlı» fəaliyyətini dayandırması barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə dolaşan informasiyaya görə, pley-off mərhələsində «Cəbrayıl»a hər iki oyunda uduzan komanda II Liqada mübarizə aparmaqdan imtina edib. Buna səbəb kimi maliyyə çatışmazlığı göstərilir. İddia olunur ki, Aran təmsilçisi sponsorsuz qalıb və bu, onun çempionatda varlıq göstərməsini əngəlləyir.
Məlumatı dəqiqləşdirməyə çalışdıq, öyrəndik ki, deyilənlər söz-söhbətdən başqa bir şey deyil. Belə ki, «Araz» növbəti mövsüm II Liqada çıxış edəcək. Şəhriyar Məmmədov isə baş məşqçi postunda saxlanılıb. Ona yeni komanda formalaşdırmaq tapşırığı verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?