Mənə 10 min verən yoxdur, getmirəm -  Bütün planları pozdu

4 İyul 2024 15:00 II Divizion 1 808
Mənə 10 min verən yoxdur, getmirəm -  Bütün planları pozdu

2023-cü ilin fevralından «Sumqayıt»ın sıralarında yer alan Kamran Əliyev Samir Abasovun planlarını pozub.

Daha əvvəl bildirmişdik ki, baş məşqçi sözügedən hücumçu ilə vidalaşmaq istəməsi barədə rəhbərliyi məlumatlandırıb.

Gəl ki, forvard gedə biləcəyi komanda tapa bilmədiyi üçün burada qalacağını söyləyib. Bir neçə klubla danışıqlar aparsa da, heç biri ona aylıq 10 min manat ödəmək istəməyib.

«Gənclik şəhəri» təmsilçisi son olaraq “Arsenal”da (Rusiya, Tula) çıxış etmiş Kamran Əliyevlə həmin vaxt 2,5 illik müqavilə imzalayıb.

25 yaşlı forvard “Ximki”nin yetirməsidir. O, karyerası ərzində “SKA Xabarovsk”da da çıxış edib.

Həmçinin 21 yaşadək futbolçulardan ibarət millimizin heyətində 2 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda