COP29

“Bu komandalar rahat şəkildə I Liqada oynaya bilər”

27 May 02:40 II Divizion 708
“Bu komandalar rahat şəkildə I Liqada oynaya bilər”

"Digər klublar üçün mövsüm artıq başa çatıb, amma bizim üçün hələ davam edir.

Həyəcanlı bir mövsüm keçirdik.

Komandaya ikinci dövrədə qoşuldum. Çətin və gərgin dövrə oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında II Liqanı II pillədə başa vuran "Cəbrayıl"ın hücumçusu Ruslan Voronsov səsləndirib.

Son dəqiqədə vurduğu qolla komandasını pley-offa çıxarab 28 yaşlı forvard I Liqaya yüksəlmək şanslarını dəyərləndirib. Onun sözlərinə, görə şanslar bərabərdir.

"Çox xoşbəxtəm ki, həmin qolu mən vurdum və qələbədə payım oldu. Bizi qarşıda çətin oyunlar gözləyir

. Rəqibimiz I Liqa təmsilçisi olacaq. I Liqada zəif komanda yoxdur. Şansların 50/50 olduğunu düşünürəm. Ümid edirəm ki, sevinən tərəf biz olaraq".

Təcrübəli futbolçu ilk dəfə təşkil olunan II Liqanın ölkə futboluna faydasının çox olduğunu bildirib:

"Nə qədər çox liqamız olsa, ölkə futboluna o qədər çox faydası olar. Klubsuz qalan futbolçular var idi ki, II Liqa onlara formalarına qovuşmaq, özlərini yenidən sübut etmək üçün şans oldu.

Buranın səviyyəsi yaxşıdır. Elə komandalar var ki, rahat şəkildə I Liqada oynaya bilər. "

Cəbrayıl", "Şahdağ Qusar", "Qusar", "Baku Sportinq", "Füzuli" yaxşı komandalardır. Sadəcə, I Liqaya rəng qatan legioner futbolçulardır".

Digər Xəbərlər
Xəbər Lenti