COP29

Azərbaycan çempionatında pley-off oyunlarının püşkü atıldı

25 May 19:40 II Divizion 412
Azərbaycan çempionatında pley-off oyunlarının püşkü atıldı

2024/2025 mövsümündə II Liqada çıxış etmək üçün pley-off matçlarının püşkü atılıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, ilk oyunda meydan sahibi və qonaq komandaların müəyyənləşməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Tədbirdə PFL prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, PFL tərəfindən pley-off oyunlarına məsul şəxs Faiq Tahirov və qarşılaşacaq klubların rəsmiləri iştirak edib.

Görüş zamanı tərəflərə pley-off mərhələsində hazırlıq prosesi, riayət olunmalı tələblər və digər vacib məqamlar barədə məlumat verilib.

Ardından püşk atılıb. Püşkə əsasən, ilk oyunda meydan sahibi “Şəfa” olub. Komanda Region Liqasının finalında uduzan “Hypers”lə üz-üzə gələcək.

Pley-off matçları əvvəlcədən nəzərdə tutulduğu kimi, 29 may və 05 iyun tarixlərində oynanılacaq.

Qarşılaşmaların baş tutacağı arenalar, oyunların saatları və digər texniki detallar daha sonra açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 20:10 Çək və bizə göndər!
18 İyun 11:30 Gərək belə olsun…