COP29

"Yeni baş məşqçini 2 ay ərzində seçəcəyik" - Klubun rəhbəri

24 May 14:00 II Divizion 861
"Yeni baş məşqçini 2 ay ərzində seçəcəyik" - Klubun rəhbəri

«Məqsədimiz çəmpionatda qalmaq idi, buna da nail olduq.

Ancaq nəticələr bizi tam qane etmədiyi üçün yollarımızı ayırmağı lazım bildik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

II Liqada mübarizə aparan klubda baş məşqçi ayrılığı yaşanıb. Səkkiz ildən sonra fəaliyyətini bərpa etmiş «polislər» İsmayıl Vəkiliqazicahani ilə vidalaşıb.

Tərəflərin sağollaşmasının səbəbi birdir - komandanın mövsümün final mərhələsində məğlubiyyətləri sıralaması.

Cənubi Azərbaycandan olan mütəxəssis sezonun əvvəlində komandanın sükanı arxasına keçib. O, bu postda Novruz Əzimovu əvəzləyib.

«Polislər» yarışmanı 9-cı pillədə tamamlayıb. Kollektitv 8 qələbə, 3 heç-heçə və 15 məğlubiyyətlə 27 xal toplayıb.

Y.Seyidov bildirib ki, yeni baş məşqçi təyin etməyə tələsmirlər:

«Növbəti mövsüm sentyabrda start götürəcək. Komanda bir də iyulda yığışacaq.

Hələ iki aya yaxın vaxtımız var. Biz bu məsələdə səhv etməməliyik.

Baş məşqçi amili çox önəmlidir. O, gərək futbolçuları öz ətrafında birləşdirə, kollektiv yarada bilsin.

«Dinamo» əvvəl fəaliyyət göstərdiyi illərdə həmişə iddialı olub. Yəqin ki, yenə də iddialı olacaq.

Bunun üçün əlimizdən gələni edirik. İsmayıl Vəkiliqazicahani ilə yollarımızı xoşluqla ayırmışıq.

Aramızda xətir-hörmət qalmaqdadır və bu, belə də olmalıdır. O, bacardığını etdi. İndi klubun həyatında yeni mərhələ başlayır».

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"