II Liqaya gedən milli oyunçu: “Burada işimiz çətin olacaq”

31 May 2024 16:00 II Divizion 1 449
II Liqaya gedən milli oyunçu: “Burada işimiz çətin olacaq”

"Cəbrayıl"ın yarımmüdafiəçisi Elvin Məmmədov Sportinfo.az-a açıqlama verib.

Millinin 36 yaşlı sabiq oyunçusu II Liqanı gümüş medalla başa vurub, pley-off mərhələsinə vəsiqə qazanmaları barədə danışıb:

"Bu, birinci il üçün pis nəticə deyil. Yaxşı komandalar çoxdur.

Normal nəticə qazandıq. Pley-off mərhələsinə vəsiqə qazanmaq sevindiricidir.

Amma burada işimiz çətin olacaq. Rəqib Birinci Liqa təmsilçisidir.

Ümid edirəm ki, uğurlu nəticə qazana və Birinci Liqaya vəsiqə əldə edə biləcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda