COP29

“Şəmkir” çempionatda yerini qorudu, “Şəfa”nin işi bəxtə qaldı

21 May 22:40 II Divizion 1 221
“Şəmkir” çempionatda yerini qorudu, “Şəfa”nin işi bəxtə qaldı

Bu gün II Liqada 2023/2024 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Çempionluğu ötən tur təmin etmiş "Bakı Sportinq" səfərdə "Şəfa"nı böyük hesabla məğlub edib - 4:0. "Kür-Araz" - "Şəmkir" matçında isə qalib müəyyənləşməyib - 0:0.

"Şəfa" - "Bakı Sportinq" 0:4
Qollar:
Elgün Abbaslı, 16, 23, Röyal Nəcəfov, 35, Ülvi Quliyev, 90+2

"Kür-Araz" - "Şəmkir" 0:0

N Klublar O Q H M T-F X
1 Baku Sportinq 26 20 4 2 69-24 64
2 Cəbrayıl 26 19 1 6 77-37 58
3 Şahdağ Qusar 26 17 6 3 82-22 57
4 Füzuli 26 16 8 2 63-32 56
5 Qusar 26 15 4 7 61-35 49
6 Kür-Araz 26 12 3 11 58-46 39
7 Sheki City 26 10 5 11 44-46 35
8 Göygöl 26 10 2 14 45-57 32
9 Dinamo 26 8 3 15 49-74 27
10 Ağdaş 26 6 6 14 30-51 24
11 Lerik 26 6 5 15 38-60 23
12 Şəmkir 26 6 2 18 32-62 20
13 Şəfa 26 5 3 18 29-82 18
14 Kürmük Qax 26 5 2 19 31-80 17

Bombardirlər:

Tural Qurbatov ("Şahdağ Qusar") - 32 qol
Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 31 qol
Vüqar Əşrəfli ("Göygöl", "Qusar") - 23 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 22 qol
Cavid İmamverdiyev ("Kür-Araz") - 19 qol

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?