COP29

Yeni klubun rəhbərindən İDDİALI AÇIQLAMA: “Premyer Liqaya vəsiqə qazanmaq istəyirik”

17 May 23:20 II Divizion 2 161
Yeni klubun rəhbərindən İDDİALI AÇIQLAMA: “Premyer Liqaya vəsiqə qazanmaq istəyirik”

"⁠Hədəfimiz böyükdür.

I Liqanın qalib olub, Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan II Liqasında çempion olan "Baku Sportinq" klubunun icraçı direktoru Hüseyn Rzayev deyib.

Klub rəsmisi komandanın çempionluğundan və gələcəklə bağlı planlarından danışıb:

"Yeddi il AFFA-nın aşağı yaş qrupları üzrə yarışlarında çıxış etmişik. Daha sonra yeni yaradılan Azərbaycan II Liqasında mübarizə aparıb, çempion olmaq çox qürurvericidir.

Biz Azərbaycan futbolunda yeni cığırın təməlini qoyduq. 2018-ci ildə kiçik dəhlizdən böyük yaşıl meydanlara qədər gəlib çıxdıq.

Bu yolda əməyi keçən hər kəsə minnətdaram. ⁠Hədəfimiz böyükdür. I Liqanın qalib olub, Azərbaycan Premyer Liqasına vəsiqə qazanmaq istəyirik.

Amma unutmamlıyıq ki, I Liqanın səviyyəsi fərqlidi və orda çox güclü komandalar olacaq. Bütün bunlara baxmayaraq, biz rəqabətə hazırıq. Komandamızı da buna uyğun formalaşdıracağıq".

O, I Liqada heyətə legioner futbolçular qata biləcəklərini söyləyib:

"Əsasən yerli futbolçulara üstünlük verəcəyik. Təbii ki, heyətdə bizə kömək edə biləcək legionerlər də yer ala bilər.

Bu, komandanın baş məşqçisinin istəyindən asılı olacaq. İndidən nəzərdə tutduğumuz oyunçular var. Mövsüm bitəndən sonra onlarla danışıqlara başlayacağıq".

H.Rzayev yeni mövsümdən oyunlarını Buzovna qəsəbə stadionuda keçirəcəklərini bildirib:

"Bu stadionun yenidən “həyata qaytarılması” ilk dəfə olaraq ölkə futbolunda dövlət-özəl tərəfdaşlıq layihəsi çərçivəsində baş tutub.

Əsas məqsədlərimizdən biri Buzovna mərkəz olmaqla, Bakıətrafı kənd və qəsəbələrdə futbolu yenidən dirçəltməkdir.

Stadionumuzda bütün lazımi şəraiti yaratmışıq. Gələcəklə bağlı da planlarımız var.

Buzovna qəsəbə stadionunu klubumuzun maddi-texniki bazası kimi inkişaf etdirəcəyik. Hazırda təbii örtüklü əsas meydanla yanaşı, iki köməkçi meydan da istifadəyə verilib.

Daha üç ehtiyat meydan salmağı planlaşdırmışıq. Gələcəkdə akademiyamızın da Buzovnaya köçürülməsini təmin edəcəyik".

II Liqanın XXV turunda “Dinamo”ya qalib gələn (4:2) "Baku Sportinq" xallarının sayını 61-ə çatdıraraq qızıl medalları özü üçün təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"