Biabırçı səhvlər, bir təpik və... Liqanı tərk edirlər VİDEO

11 May 2024 17:40 II Divizion 1 244
Biabırçı səhvlər, bir təpik və... Liqanı tərk edirlər VİDEO

II Liqanda XXIII turun görüşləri yekunlaşıb.

Çempionada qalmaq uğrunda mübarizə aparan "Kürmük" doğma meydanda "Şəmkir"i qəbul edib.

Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Darmadağının əsası 5-ci dəqiqədə qoyulub.

İlkin Əliyev bir fintlə Ramin Hacıyevi geridə qoyaraq qapıçıyla təkbətək çıxıb və hesabı açıb. Məzahir Əhmədov 27-ci dəqiqədə fərqləndiyi epizodda isə bir ağıl dolu vuruşla yadda qalıb.

Az sonra Qax təmsilçisi azlıqda qalıb. Nail Təhməzli ikili mübarizədən sonra rəqibinə təpiklə zərbə endirdiyin üçün birbaşa qırmızı vərəqə alıb.

“Kürmük”ün müdafiə xəttində yol verdiyi səhvlər ikinci hissədə də davam edib. Ev sahiblərindən hər mənada üstün görünən “Şəmkir” fasilədən sonra daha iki qol vurub.

Öncə İlkin Əliyev dublunu rəısmiləşdirib, ardınca Sahib Cümşüdov rəqib müdafiəçinin ayaqları arasında dolaşıb qalan topu ondan “oğurlayaraq” dördüncü qola imza atıb.

Bu da son olamaya bilərdi. “Kürmük” qalan müddətdə bir dəfə fürsət əldə elədisə, qonaqlarda belə imkanların sayı 3-4 idi.

Xallarını 19-a yüksəldən "Şəmkir" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 14 xalı olan "Kürmük Qax" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Qax OİK stadionu. 400 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Rasim Axundov
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqə: Nurlan Camallı, 69 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Nail Təhməzli, 29 (təcavüzkar davranış)
Qollar: İlkin Əliyev, 5, 54; Məzahir Əhmədov, 27; Sahib Cümşüdov, 66
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
6. Ramin Hacıyev
(11. Nurlan Camallı, 46)
7. Qafar Qafarov
61. Şamil Rəcəbli
(44. Surxay Mikayılov, 73)
9. Nail Təhməzli
85. Cavidan Ömərli
4. Təbriz Feyzullayev
23. Revazi Otaraşvili
(17. Musa Kərimli, 73)
14. Vüqar Məmmədli
(26. Fuad Osmanlı, 46)
77. Roma Dukaşvili
(21. Rəvan Qurbanzadə, 73)
99. Elvin Süleymanov
Ehtiyat oyunçular:
1. Murtuzəli Cabbarov
22. Fərid Məhyəddinov
13. Sərxan Mirzəyev
10. Ehtiram Kərimov
31. Əfəndi Əfəndiyev
Baş məşqçi: Telman Kərimov

“Şəmkir”

12. Novruz Rəhimov (k)
19. Elxan Əzizov
6. Cavid Abbasov
14. Surac Şahbazov
(5. Ayxan Məmmədli, 62)
10. Sahib Cümşüdov
3. Kamran Kərimov
8. Ülfan Hüseynov
20. Məzahir Əhmədov
(17. Asim Quliyev, 62)
4. Kənan İbişov
30. Kərəm Əhmədli
(15. Aydın İsxanzadə, 69)
9. İlkin Əliyev
Ehtiyat oyunçular:
1. İsrail İsmayılov
77. Yusif Rufullazadə
57. Taleh Nəbiyev
Baş məşqçi: Ceyhun Əhmədov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA