COP29

Qarabağı təmsil edən klub I Liqaya iddiasını saxladı - VİDEO

8 May 17:40 II Divizion 437
Qarabağı təmsil edən klub I Liqaya iddiasını saxladı - VİDEO

Azərbaycan II Liqasında XXIII turun oyunları keçirilir.

"Göygöl" öz meydanında "Füzuli"ni qəbul edib.

Qonaqlar qarşılaşmaya fəal başlayıb, hesabı isə ev sahibləri açıb.

Nahid Ağayevin meydanın mərkəzində topu başla arxaya ötürməsi Ülvi Cəlilovu qapıçıyla təkbətək çıxarıb. O, bu “hədiyyə”ni lazımınca qiymətləndirib.

Gözlənilməz hadisə “Füzuli”nin təmkinin pozmayıb, hücumları davam etdiriblər. 33-cü dəqiqədə Elvin Nəsibov sol cinah asmasını lap yaxın məsafədən qapıdan keçirib.

Qonaqlar ikinci hissəyə də qolla başlayıb. 51-ci dəqiqədə Süleyman Piriyev künc zərbəsindən göndərilən topu asanlıqla tora qovuşdurub.

Nadir Əliyevin çalışdırdığı komanda bununla da kifayətlənmək istəməyib, ard-arda həmlələr təşkil eləyib. Hardasa 3-4 top da vura bilərdilər, vurmayıblar.

Qarşılaşma onların 2:1 hesablı qələbəi ilə başa çatıb.

Xallarını 53-ə yüksəldən "Füzuli" turnir cədvəlinin ikincci pilləsində qərarlaşıb. 32 xalı olan "Göygöl" 8-ci yerdədir.

SPORTİNFO.AZ

Göygöl OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Taleh Məmmədov
Dördüncü hakim: Sərxan İsmayılov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Bəşir Qarayev, 25 (qeyri-idman hərəkəti); Çingiz Məmmədov, 37 (qeyri-idman hərəkəti); Sənan Həsənov, 51 (qeyri-idman hərəkəti); Vüsal Mehdiyev, 85 (qeyri-idman hərəkəti) // Süleyman Piriyev, 74 (qeyri-idman hərəkəti)
Qollar: Ülvi Cəlilov, 9 // Elvin Nəsibov, 33; Süleyman Piriyev, 51
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Göygöl”

1. Nicat Mahmudov
10. Vüsal Mehdiyev
57. Bəşir Qarayev
14. Ülvi Cəlilov (k)
4. İsa Bayramov
30. Elcan Rəhimov
(9. Elgün Qasımlı, 60)
33. Mirröyal Mahmudov
(8. Turani Əliyev, 73)
16. Hikmət Verdiyev
15. İsmayıl Məmmədov
5. Sənan Həsənov
17. Çingiz Məmmədov
Ehtiyat oyunçular:
11. Ramil Həsənov
7. Bilal Mehdiyev
Məşqçi: Fərid Babazadə

“Füzuli”

1. Kamil Nəzərli
5. İlyas Səfərzadə
9. Elvin Nəsibov
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov (k)
(71. Sergey Markelov, 79)
17. Elçin Rəhimli
20. Haqverdi Həsənov
(21. Elvin Mirzəyev, 88)
11. Emin Quliyev
19. Cəsur Hüseynov
(88. Ramin Məhərrəmli, 58)
3. Nurlan Məmmədov
15. Nihad Ağayev
Ehtiyat oyunçular:
12. Əyyub Əliyev
44. Elmir Xəlilov
Baş məşqçi: Nadir Əliyev

Digər Xəbərlər
Xəbər Lenti