Baş məşqçi istefasına səbəb olan hadisələr - VİDEO

1 Aprel 09:40 II Divizion 554
Baş məşqçi istefasına səbəb olan hadisələr - VİDEO

II Liqada növbəti baş məşqçi istefası 18-ci turda qeydə alındı.

«Şahdağ» Bəhram Şahquliyevlə vidalaşdı.

Bu, İmişlidə gerçəkləşdi. «Kür-Araz»ın qonağı olan Qusar təmsilçisi meydanı bərbad vəziyyətə düşmüş məkanda heç nəylə yadda qalmadı.

Dərə-təpə qazonda başını itirən qonaqlar topu ayağında saxlaya bilmirdi. İlk qol da onların qapısına bu cür vuruldu.

Ramazan Abbasovun ustalığını da qeyd etməsək olmaz. «Bakı»nın yetirməsi cərimə meydançasının xətti üzərindən topa bir güclü zərbəsiylə Rafiq Kərimovun qapısına yol tapdı.

İkinci qolda da Ramazanın xidmətini önə çəkməliyik. Onun Rubin Seyidovun ayağından «oğurladığı» top Cavid İmamverdiyevin önünə düşdü və sonuncu rəqib qapıçısını məyus eləməyə çətinlik çəkmədi.

79-cu dəqiqədə «Şahdağ» fərqi azaltdı. Mirabbas Mirbabayevin kobudluğu və təyin olunan penalti qusarlıları ümidləndirdi.

Salman Atluxanov 83-cü dəqiqədə ikinci «sarı»dan qırmızı vərəqə aldı, «Kür-Araz» da say üstünlüyünü dəyərləndirdi. Elariz Xəlilli fərqləndi, salto vurdu, stadionu ayağa qaldırdı.

90+4-cü dəqiqədə Mübarək Şahquliyev ev sahiblərindən Müseyib Vəlizadəyə «qırmızı» aldırsa da, bu, «Şahdağ»a təsəlli də olmadı.

Çempionluq yolunda növbəti dəfə büdrəyən şimal təmsilçisinin rəhbərliyi çalışdırıcısını elə paltardəyişmə otağında istefaya göndərməyə gərək duydu.

Baş hakim Şamil İmanzadə İmişlidə əlini 17 dəfə cibinə atdı. Onun 15-də sarı kart göstərdi. Bu isə II Liqanın anti-rekordudur.

SPORTİNFO.AZ

Heydər Əliyev adına İmişli şəhər stadionu. 300 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Mirnihad Seyidov
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Babək Yaqublu, 11 (qeyri-idman hərəkəti); Cavidan Musazadə, 31 (qeyri-idman hərəkəti); Elnur Məmmədov, 41 (qeyri-idman hərəkəti); Museyib Vəlizadə, 69; 90+4 (qeyri-idman hərəkəti); Əzəmət Müseyibov, 86 (oyunun bərpasının ləngidilməsi); Nicat Fərəcli, 88 (qeyri-idman hərəkəti); Elxan Məmmədov, 90+1 (oyunun bərpasının ləngidilməsi) // Kənan Mirzəliyev, 16 (qeyri-idman hərəkəti); Mehdi Rəsulov, 37 (qeyri-idman hərəkəti); Ruslan Ağalarov, 41 (qeyri-idman hərəkəti); Salman Atluxanov, 58; 83 (qeyri-idman hərəkəti); Mehman Məsimov, 68 (qeyri-idman hərəkəti); Cavid Quliyev, 69 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Museyib Vəlizadə, 90+4 // Salman Atluxanov, 83
Qollar: Ramazan Abbasov, 19; Cavid İmamverdiyev, 51; Elariz Xəlilli, 90+2 // Ruslan Ağalarov, 79 (p.)
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 5 dəq.

Kür-Araz”

1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
14. Elnur Məmmədov (k)
(21. Rüfət Rəhimzadə, 82)
10. Cavid İmamverdiyev
(17. Elariz Xəlilli, 70)
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
9. Elxan Məmmədov
(13. Yəhya Babayev, 90+5)
18. Nicat Fərəcli
77. Museyib Vəlizadə
15. Babək Yaqublu
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:

99. Novruz Qəhrəmanov
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
Baş məşqçi: Ələmdar Mustafayev

Şahdağ Qusar”

12. Rafiq Kərimov
14. Rahid Əmirquliyev (k)
88. Mehdi Rəsulov
(77. Elmin Əskərli, 60)
38. Mübarək Şaquliyev
7. Salman Atluxanov
97. Kənan Mirzəliyev
(8. Fərman Qənbərov, 78)
9. Famil Camalov
4. Rubin Seyidov
20. Mehman Məsimov
(17. Coşqun Qorçiyev, 87)
21. Ruslan Ağalarov
71. Cavid Quliyev
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
1. Babək Allahverdiyev
10. Fuad Məmmədzadə
44. Afin Bağırov
19. Samir Şixzadayev
Baş məşqçi: Bəhram Şaquliyev

Digər Xəbərlər
Xəbər Lenti