Bölgə klubunun yaradıcısından ŞOK SÖZLƏR: "Mane olmağa çalışanlar var"

1 Aprel 19:40 II Divizion 2 012
Bölgə klubunun yaradıcısından ŞOK SÖZLƏR: "Mane olmağa çalışanlar var"

“Sheki City” klubunun yaradıcısı Elgün Huseynovu futbol ictimaiyyətində əksəriyyət yaxşı tanıyır.

O, doğma rayonunun təmsilçisinin ayaqda qalması üçün uzun müddətdir təkbaşına mübarizə aparır.

Rəhbər şəxs lazım olanda bilet satışını təşkil edir, klubun büdcəsinin formalaşması üçün kompaniyalar başladır və.s.

Dəstəyi isə elə də çox deyil.

Ona kömək etmək, yükünü azaltmaq bir kənara, hətta minbir əziyyətlə gördüyü işə mane olmağa çalışanlar da var.

Hüseynov yerli camaatın oyuna daha çox gəlməsi üçün şəhərin mərkəzi küçələrinə afişalar paylamağa cəhd edib, amma kimlərsə onun xoşməramlı istəyinə qarşı çıxıb.

O, öz "feysbuk" hesabında bu barədə paylaşım edib:

"Şəkidə şəhərin heç yerinə afişa vurmağa qoymurlar (həftə boyu yapışdırdığımız afişalar az sonra cırılıb atıldı) mən də evdə mətbəxin divarına vurmuşam.

Ümid edirəm, burada heç kimə mane olmuruq. Bu haqda uzun-uzadı yazardım, ancaq nə sizin başınızı ağrıtmaq istəmirəm, nə öz başımı.

Qısası, sabah (yəni bu gün) Şəki şəhər stadionunda oyun var. Şəkidə yaşayanlar, Şəkidə nələrinsə inkişaf etməsini istəyənlər, ən əsası uğurumuzu həzm edə bilənlər, gözü götürənlər gəlib komandaya dəstək olsunlar".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti