AFFA rayonda keçirilən bu oyunu araşdırsa… Şübhələrə açıq VİDEO

31 Mart 23:45 II Divizion 851
AFFA rayonda keçirilən bu oyunu araşdırsa… Şübhələrə açıq VİDEO

I Liqanın 19-cu turunun ən qollu oyunlarından biri Göygöldə keçirilib.

Burada eyniadlı yerli komanda «Şəfa»nı qəbul edib.

Qonaqlar sensasiyaya imza ataraq, göygöllülərin qapısına 5 cavabsız qol vurub. Özü də hər fasonda!

Ev sahiblərinin qapıçısı Nicat Əmirxanovun kobud səhvləri AFFA üçün ciddi araşdırma predmeti sayıla bilər. O, qapısında gördüyü beş qolun dördündə xətaya yol verib. əgər federasiya məmurları üçün maraqlıdırsa, videonu izləsinlər.

Ümumyyətlə, «Göygöl» autsayder önündə olduqca zəif təsir bağışladı. Sanki meydana zorla, şallaq gücünə çıxarılmışdılar.

Cəmi 2-3 dəfə rəqib qapısına həmlə etdilər, bir penaltini də Ülvi cəlilov boşa verdi. «

Şəfa»nın demək olar hər hücumu qolla başa çatdı və bu zaman yalnız qapıçının deyil, müdafiə xəttinin tamamının yanlışları diqqət çəkdi.

Baxımlılığa qalsa, qonaqlardan Murad Mehdiyevin fərqləndiyi epizodu qeyd etməliyik. Onun topla ağıllı davranışı və vuruşu II Liqanın dərsliyinə salınmalıdır.

SPORTİNFO.AZ

Göygöl OİK stadionu. 90 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov
Dördüncü hakim: Vüqar Alıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Vüsal Mehdiyev, 15 (qeyri-idman hərəkəti); İsa Bayramov, 36 (hakimin qərarına etiraz); Elcan Rəhimov, 36 (qeyri-idman hərəkəti); // Əli Əliyev, 38 (qeyri-idman hərəkəti)
Qollar: Loğman Əliyev, 16; İsa Bayramov, 55 (ö.q.); Əli Əliyev, 71; Murad Mehdiyev, 82; Əhməd Babayev, 87
Qolla nəticələnməyən penalti: Ülvi Cəlilov, 81
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - yoxdur.

“Göygöl”

1. Nicat Əmirxanov
2. Mohsün Tapdıqov
10. Vüsal Mehdiyev
(57. Bəşir Qarayev, 56)
14. Ülvi Cəlilov (k)
4. İsa Bayramov
30. Elcan Rəhimov
33. Mirröyal Mahmudov
15. İsmayıl Məmmədov
17. Çingiz Məmmədov
25. Vahid İbrahimov
(20. Cavid Abbaszadə, 70)
9. Elgün Qasımlı
(8. Turani Əliyev, 59)
Ehtiyat oyunçular:
11. Ramil Həsənov
7. Bilal Mehdiyev
Məşqçi: Fərid Babazadə

“Şəfa”

22. Uğur İbrahimov
3. Mehman İbadov
99. Əli Əliyev
(2. Əhməd Babayev, 75)
55. Pilağa Mehdiyev (k)
(19. Elgün Məhərrəmov, 46)
77. Nəbi Nəbizadə
(5. Emin Məhərrəmli, 46)
10. İlkin Mikayılov
8. Fərid İslamzadə
(30. Emil Məmmədov, 75)
4. Loğman Əliyev
66. Fuad Cahangirli
20. Elşən Mirzəzadə
(9. Murad Mehdiyev, 25)
11. Cavanşir Tahirov
Ehtiyat oyunçular:
1. Fərrux Əzizov
Baş məşqçi: Elşad Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti