Baxan deyir, bir də baxım! - Azərbaycanlı oyunçunun aşırma qolunun VİDEOsu

31 Mart 18:35 II Divizion 792
Baxan deyir, bir də baxım! - Azərbaycanlı oyunçunun aşırma qolunun VİDEOsu

II Liqanın 18-ci tur geridə qalıb.

Çempionatda qalmaq uğrunda mübarizə aparan "Kürmük" Qaxda "Dinamo"nu qəbul edib.

Turnir cədvəlinin son sırasında yer alan ev sahibləri 14-cü dəqiqədə qolla cəzalandırılıb. Qış fasiləsndə «Cəbrayıl»dan gəlmiş İntiqam Məmmədov aşırma zərbə ilə rəqib qapısına yol tapıb.

Hesabın erkən açılmasından ruhlanan «polislər» daha bir neçə hücum təşkil eləyib, gəl ki, komandanın bombardiri Valeh Seyidovun meydanda olmaması fərqi artırmalarına əngəl törədib.

Əvəzində «Kürmük» 35-ci dəqiqədə göydəndüşmə qol vurub. İman Müseyibovun cərimə meydançası daxilində lüzumsuz yerə Nail Təhməzliyə kobudluq etməsi penalti ilə nəticələnib və qapıçı Səbuhi Əhmədov həmkarı İbrahim Bağırovu məyus edib.

Fasilədən sonra nisbətən açıq oyun gedib. Qax təmsilçisi qonaqların müdafiə xəttindəki boşluqlardan istifadə eləmək üçün 2 belə fürsət yaxalayıb.

Hər iki halda zərbə qapıdan yan ötüb. «Kürmük» 89-cu dəqiqədən etibarən meydanda azlıqda qalıb.

4 dəqiqə içində iki sarı vərəqə alan Cavidan Ömərli vaxtından əvvəl paltardəyişmə otağının yolunu tutub. «Dinamo» belədə daha iki qol vəziyyətinə girib, amma tələskənlik status-kvonu dəyişməyə imkan verməyib.

SPORTİNFO.AZ

Qax OİK stadionu. 150 tamaşaçı
Baş hakim: Mahmud Bağırzadə
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Nail Təhməzli, 39 (oyunun bərpasının ləngidilməsi); Elvin Süleymanov, 74 (qeyri-idman hərəkəti); Təbriz Feyzullayev, 80 (qeyri-idman hərəkəti); Cavidan Ömərli, 85; 89 (qeyri-idman hərəkəti) // İman Müseyibov, 34 (qeyri-idman hərəkəti); Əli Məmmədli, 37 (qeyri-idman hərəkəti); Şahin Əliyev, 80 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Cavidan Ömərli, 89
Qollar: Səbuhi Əhmədov, 35 (p.)// İntiqam Məmmədov, 13
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

Kürmük Qax”

34. Səbuhi Əhmədov (k)
8. Səbuhi Kazımov
(11. Nurlan Camallı, 84)
7. Qafar Qafarov
88. Elçin Süleymanov
9. Nail Təhməzli
(10. Ehtiram Kərimov, 84)
85. Cavidan Ömərli
4. Təbriz Feyzullayev
23. Revazi Otaraşvili
(26. Fuad Osmanlı, 46)
14. Vüqar Məmmədli
(99. Elvin Süleymanov, 68)
77. Roma Dukaşvili
16. Büsat Süleymanov
Ehtiyat oyunçular:
1. Murtuzəli Cabbarov
22. Fərid Məhyəddinov
61. Şamil Rəcəbli
44. Surxay Mikayılov
13. Sərxan Mirzəyev
31. Əfəndi Əfəndiyev
17. Musa Kərimli
21. Rəvan Qurbanzadə
Baş məşqçi: Telman Kərimov

Dinamo”

1. İbrahim Bağırov
11. Şahin Əliyev (k)
(27. Rəsul Babazadə, 82)
8. İntiqam Məmmədov
22. İman Müseyibov
10. Ziya Məmmədli
15. Tərlan Veysəlli
5. Elxan Zeynalabdinzadə
6. Kərim Məmmədov
4. Ömər Əsgərov
17. Fizuli Dəmirov
(3. Amil Cabbarlı, 68)
44. Əli Məmmədli
Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
20. Valeh Seyidov
24. İlkin Həsənli
19. Əkbər Səfərzadə
99. Uğur Sayıllı
18. Əli Hacıyev
Məşqçi: İsmayıl Vəkiliqazicahani

Digər Xəbərlər
Xəbər Lenti