Azərbaycanda baş məşqçi istefa verdi – Üçüncü məğlubiyyətə görə

27 Mart 09:20 II Divizion 5 020
Azərbaycanda baş məşqçi istefa verdi – Üçüncü məğlubiyyətə görə

«Şahdağ»ın baş məşqçi postunda dəyişiklik olub.

Bəhram Şahquliyev vəzifəsindən istefa verib.

Buna səbəb Qusar təmsilçisinin II Liqanın 18-ci turunda aldığı məğlubiyyətdir.

Belə ki, «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin maliyyələşdirdiyi komanda İmişlidə «Kür-Araz»a 1:3 hesabıyla uduzub.

Beləliklə, mövsüm ərzində 3-cü yenilgisini alan «Şahdağ» liderlər qrupunu tərk eləyib.

Aktivində 10 qələbə və 5 heç-heçə olan şimal kollektivi 35 xalla turnir cədvəlinin 5-ci sıraya yuvarlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti