COP29

Azərbaycanda öz komandasına iki qol vuran müdafiəçinin halını görün - VİDEO

24 Mart 09:50 II Divizion 1 408
Azərbaycanda öz komandasına iki qol vuran müdafiəçinin halını görün - VİDEO

II Liqanın XVII turunda "Şəfa" Binədə "Füzuli"ni qəbul edib.

Burada qapılara 5 qol vurulub.

Onun ikisi Fuad Cahangirlinin «payına düşür». Belə ki, nominal ev sahiblərinin müdafiəçisi 3 və 45-ci dəqiqədə qapıları səhv salıb.

21 yaşlı arxa xətt oyunçusunun xüsusən birinci avtoqolu maraqlı alınıb.

Cərimə meydançasının sağ cinahından qapı önünə göndərilən asmanın önünü kəsən Fuadun ayağına dəyən top paraşüt kimi tora daxil olub.

Cahangirli daha sonra cərimə zərbəsindən göndərilən topu əlində saxlaya bilməyən Uğur İbrahimovun səhvinə qoşulub.

O, qapıçıdan qayıdan «yuvarlaq meşin»i sinəsiylə «çərçivə»dən keçirib. Hirsindən qışqıran müdafiəçi qapı dirəyini təpikləyib.

Fuad və komanda yoldaşlarının oyunun qalan bölümündə bundan artığına gücü çatmayıb. «Füzuli» 80-84-cü dəqiqələr aralığında daha iki qola sevinib.

Emin Quliyevlə Elvin Nəsibov «Şəfa»nın müdafiə zonasında yol verdiyi xətalardan yararlanıb. Beləcə, qarşılaşma bölgə təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 38-ə yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Şəfa" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 30 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev
Dördüncü hakim: Sərxan İsmayılov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Cavanşir Tahirov, 41 (qeyri-idman hərəkəti) // Elvin Nəsibov, 40 (qeyri-idman hərəkəti)
Qollar: Cavanşir Tahirov, 11 // Fuad Cahangirli, 3, (ö.q.), 45 (ö.q.); Emin Quliyev, 81; Elvin Nəsibov, 84
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

“Şəfa”

22. Uğur İbrahimov
3. Mehman İbadov
55. Pilağa Mehdiyev (k)
(30. Emil Məmmədov, 63)
77. Nəbi Nəbizadə
10. İlkin Mikayılov
(21. Samur-Xan Aslanxanov, 46)
(20. Elşən Mirzəzadə, 77)
19. Elgün Məhərrəmov
8. Fərid İslamzadə
4. Loğman Əliyev
66. Fuad Cahangirli
11. Cavanşir Tahirov
17. Rəhim Nağıyev
(99. Əli Əliyev, 46)
Ehtiyat oyunçular:
1. Fərrux Əzizov
9. Murad Mehdiyev
5. Emin Məhərrəmli
Baş məşqçi: Elşad Məmmədov

“Füzuli”

1. Kamil Nəzərli
22. Rafael Qavami (k)
(5. İlyas Səfərzadə, 46)
9. Elvin Nəsibov
(25. Bəxtiyar Zülfüqarlı, 90)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
17. Elçin Rəhimli
(6. Ceyhun Cavadov, 46)
20. Haqverdi Həsənov
(8. Mirkamil Əliyev, 46)
11. Emin Quliyev
(71. Sergey Markelov, 85)
18. Mehman Süleymanlı
3. Nurlan Məmmədov
15. Nihad Ağayev
Ehtiyat oyunçular:
12. Əyyub Əliyev
10. Vüsal Tahirov
44. Məhəmməd Bədəlbəyli
21. Elvin Mirzəyev
88. Ramin Məhərrəmli
Baş məşqçi: Nadir Əliyev

Digər Xəbərlər
Xəbər Lenti