COP29

Qurban Qurbanov “beşiktaş”ın baş məşqçisi olsa...

24 Mart 02:10 II Divizion 8 352
Qurban Qurbanov “beşiktaş”ın baş məşqçisi olsa...

"Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, vaxtılə Ağdam klubunda Qurban Qurbanovun köməkçilərindən olmuş türkiyəli mütəxəssis “Beşiktaş”ın həmyerlimizi baş məşqçi postuna gətirmək istəməsinə münasibət bildirib.

Onun sözlərinə görə, İstanbul klubunda nəticə vermək ən önəmli məsələdir:

"Mətbuatda bununla bağlı xəbərlər oxumuşam. Təbii ki, Avropa Liqasındakı uğurlardan sonra Qurban Qurbanovun adının bəzi klublarla hallanması normaldır. "Beşiktaş" ötən mövsüm də və bu mövsüm də çox da yaxşı çıxış etmir. Yeni gələcək məşqçinin məsuliyyəti çox böyük olacaq.

Üstəlik, Türkiyədə uğurlu olmaq çempion olub-olmamaqla eyni dəyərləndirilir. Çempion olmursansa, mövsümdəki işin uğursuz kimi qiymətləndirilir. Özünüz görürsüz, Fernando Santoş dünyanın önəmli məşqçilərindən biridir. Amma "Beşiktaş"da nəticə verə bilmir. Çünki "Beşiktaş" çətin camiədir, orada daim uğurlu olmaq məcburiyyətindəsən. "Beşiktaş" Türkiyənin böyük klublarından biridir, daim çempionluq istəyirlər. Ora gələn baş məşqçinin bu çətinlikləri aşa biləcək potensialda olması lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti