COP29

Bu gün Şəmkir və Lənkəranda futbol var – CANLI İZLƏ

23 Mart 15:00 II Divizion 517
Bu gün Şəmkir və Lənkəranda futbol var – CANLI İZLƏ

Bu gün II Liqada 18-ci tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Çempionatın lideri olan «Baku Sportinq» Şəmkirdə eyniadlı komandanın qonağı olacaq.

Aşağı sıralarda vəziyyəti ürək açmayan «Lerik» isə Lənkəranda «Şəki Siti»nin önünə çıxacaq.

“Lerik” – “Sheki City”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Anar Bədəlov, Rəsul Babayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Lənkəran OİK stadionu, 15:00

“Şəmkir” – “Baku Sporting”
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Aydın Baxşıyev, Kamil Aydınov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şəmkir OİK stadionu, 15:00

Digər Xəbərlər
Xəbər Lenti