COP29

1200 manatlıq hücumçu, qapıçı təpiyi və o qol… VİDEO+FOTOLAR

23 Mart 09:50 II Divizion 2 400
1200 manatlıq hücumçu, qapıçı təpiyi və o qol… VİDEO+FOTOLAR

Azərbaycan II Liqasında XVII tura yekun vurulub.

Birincilik iddtiasından əl çəkməyən "Cəbrayıl" İmişlidə "Kür-Araz"ın qonağı olub.

Səbuhi Bayramovun idarə etdiyi görüşün keçirildiyi məkan hər iki komandaya əziyyət verib. Yağışdan çıxmış meydan o qədər bərbad vəziyyətə düşüb ki…

Kələ-kötür sahədə baxımlı oyundan əsər olmayıb, sadəcə, mübarizə! Burada isə "Cəbrayıl"ın bəxti gətirib.

Elvin Məmmədovun kapitan sarğısını daşıdığı komanda hesabı 41-ci dəqiqədə açıb. "Karvan"dan 1200 manat qarşılığında düşərgəyə cəlb olunmuş Ruslan Voronsov az qala mərkəzdən qapıçıyla təkbətək çıxaraq, toru silkələyib.

Qonaqlar fasilə öncəsi azlıqda qalıb. Qapıcı Fərman Bayramov cərimə meydançasından kənarda Ramazan Abbasovu təpik bahasına dayandırıb.

Bununla belə, cəbrayıllılar 54-cü dəqiqədə ikinci qola imza atıb. Baxşəli Baxşəliyev sol cinahdan qapının uzaq küncünü dəqiq nişan alıb.

"Kür-Araz"dan Müseyib Vəlizadənin qolu da gözəlliyi ilə göz oxşayıb. 23 yaşlı hücumçu təqribən 25-30 metr məsafədən «mövsümün ən yaxşıları» kateqoriyasına daxil ola biləcək zərbəylə yadda qalıb.

İmişli təmsilçisi son 30 dəqiqədə hesabı bərabərləşdirməyə can atıb. Çoxsaylı epizod yaradıblar. Hətta böyük qarın «buraxmış» Cavid İmamverdiyev iki dəfə əla fürsəti boşa verib.

Bununla, qarşılaşma Cavid Hüseynovun durjinasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 37-yə yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 25 xalı olan "Kür-Araz" isə 8-ci yerdədir.

SPORTİNFO.AZ

Heydər Əliyev adına İmişli şəhər stadionu. 130 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Elman Kərimov, Aydın Baxşıyev
Dördüncü hakim: Elvin Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Museyib Vəlizadə, 65 (qeyri-idman hərəkəti); Babək Yaqublu, 77 (qeyri-idman hərəkəti); Mirabbas Mirbabayev, 86 (qeyri-idman hərəkəti) // Əli Nəcəfli, 80 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Fərman Bayramov, 45 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə)
Qollar: Museyib Vəlizadə, 59 // Ruslan Voronsov, 41; Baxşəli Baxşəliyev, 54
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.

Kür-Araz”

1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
14. Elnur Məmmədov (k)
10. Cavid İmamverdiyev
22. Mirabbas Mirbabayev
9. Elxan Məmmədov
(21. Rüfət Rəhimzadə, 74)
18. Nicat Fərəcli
77. Museyib Vəlizadə
15. Babək Yaqublu
17. Elariz Xəlilli
5. İlkin Hüseynli
Ehtiyat oyunçular:

99. Novruz Qəhrəmanov
6. Ağasən Əsgərov
4. Fərid Oruczadə
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı
13. Yəhya Babayev
Baş məşqçi: Ələmdar Mustafayev

“Cəbrayıl”

1. Fərman Bayramov
10. Elvin Məmmədov (k)
(11. Polad İbrahimov, 70)
4. Vüsal Səfərov
44. Samir İbrahimov
9. Ruslan Voronsov
17. Nurlan Quliyev
(12. Nurlan Quluzadə, 45+1)
25. Baxşəli Baxşəliyev
13. Elşad Əliyev
33. Hüseyn Novruzov
(28. Cavid Tağıyev, 55)
22. Əli Nəcəfli
27. Kamran Qürbətov

Ehtiyat oyunçular:
5. Anar Qarayev

Baş məşqçi: Cavid Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti