COP29

Azərbaycanda baş məşqçinin oğlunun qolunu saymadılar - VİDEO

21 Mart 23:45 II Divizion 359
Azərbaycanda baş məşqçinin oğlunun qolunu saymadılar - VİDEO

Azərbaycan II Liqasında XVII tur başa çatıb.

"Şahdağ" Şamaxı Olimpiya Kompleksinin stadionunda "Şəki Siti"ni qəbul edib.

Çempionluğa iddialı Qusar təmsilçisi ilk dəqiqələrdən irəli atılıb və artıq 5-cı dəqiqədə fərqlənməyə yaxın olub. Bəhram Şahquliyevin komandası birinci yarımsaatın tamamına qədər daha iki fürsəti qaçırıb.

32-ci dəqiqədə baş məşqçinin oğlu Mübarək Şahquliyev cərimə zərbəsindən göndərilən topu başla qapıdan keçirib, ancaq yan xətt hakimi bayrağını yuxarı qaldıraraq, oyundankənar vəziyyət qeydə alıb.

Nəhayət, 37-ci dəqiqədə Famil Camalov hesabı açıb. Dövrələrarası fasilədə «İrəvan»dan gələn hücumçu cinah asmasını başla tora qovuşdurub.

«Şahdağ» fasilədən sonra da hücumlarını dayandırmayıb. 74-cü dəqiqədə Camalova qarşı cərimə meydançasında yol verilən kobudluğa görə təyin olunan penaltini Əlimirzə Daşzərini dəyərləndirib.

Bir qədər sonra isə «Şəki» bu qollardan birinin əvəzini çıxıb. Xaliq Şabanov təqribən 22-25 metr məsafədən qapıya zərbə endirib. Babək Allahverdiyev üstünə gələn topu tuta bilməyib.

Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 27 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Orxan İbişov, Sənan Atayev
Dördüncü hakim: Mahmud Bağırzadə
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: Əlimirzə Daşzərini, 66 (qeyri-idman hərəkəti); Fərman Qənbərov, 90+1 (qeyri-idman hərəkəti) // Nəriman İmayətov, 29 (qeyri-idman hərəkəti); Osman Soltanov, 54 (qeyri-idman hərəkəti)
Qollar: Famil Camalov, 37; Əlimirzə Daşzərini, 74 (p.) // Xaliq Şabanov, 83
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.

“Şahdağ Qusar”

1. Babək Allahverdiyev
14. Rahid Əmirquliyev (k)
11. Tural Qurbatov
(88. Mehdi Rəsulov, 57)
38. Mübarək Şaquliyev
10. Fuad Məmmədzadə
(8. Fərman Qənbərov, 77)
97. Kənan Mirzəliyev
9. Famil Camalov
(77. Elmin Əskərli, 83)
4. Rubin Seyidov
20. Mehman Məsimov
(7. Salman Atluxanov, 57)
21. Ruslan Ağalarov
71. Cavid Quliyev
(3. Əlimirzə Daşzərini, 57)
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
12. Rafiq Kərimov
17. Coşqun Qorçiyev
44. Afin Bağırov
19. Samir Şixzadayev
Baş məşqçi: Bəhram Şaquliyev

“Sheki City”

62. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
14. Elçin Ramazanov
55. Nəriman İmayətov
9. Tural Məmmədzadə
44. Osman Soltanov
21. Elşən Mustafayev
99. Sərcan Omarov
33. Tamerlan Rizvanov
(77. Ramin Məmmədov, 62)
7. Xaliq Şabanov
Ehtiyat oyunçular:
12. Emil Mustafayev
13. Eldəniz Əliyev
60. Tunar Səlimov
Baş məşqçi: Firuddin Mövsümo

Digər Xəbərlər
Xəbər Lenti