COP29

Azərbaycan klubları hələ belə fədəkarlıq görməmişdi - VİDEO

21 Mart 21:15 II Divizion 1 658
Azərbaycan klubları hələ belə fədəkarlıq görməmişdi - VİDEO

Bir futbol klubuna aid olan hər kəsin həmin klubdan şəxsi marağı və ya asılılığı mütləq var.

Məsələn, bir futbolçu maksimum bir ay, ya 3 ay pulsuz meydana çıxar.

Və ya bir baş məşqçi nə qədər kluba bağlı olsa da, uzağı bir il pulsuz çalışar.

Həmçinin də hansısa klub rəsmisi.

Bir də klubunu qarşılıqsız sevən azarkeşləri düşünün.

Komandası üçün son qəpiyini verməyə hazır, ən çətin şərtlər altında dəstəyini əsirgəməyən tərəfdar...

Şəkili Hikmət Musayev kimi.

Şəkini təmsil edən “Şəki City” İkinci Liqada mübarizə aparır. Klubun ayaqda qalması, maliyyə dayaqlarının yaxşılaşdırılması üçün aylar əvvəl yardım kompaniyası başladılmışdı.

İanə edənlər arasında yer alan Hikmət Musayev pensiyanerdi.

Elə ianə etdiyi 200 manatlıq məbləği də aldığı pensiyasından klubun yolunda xərcləyib.

O, Vətən müharibəsi vaxtı pensiyasından orduya 180 manat ianə etməsi ilə diqqət çəkmişdi.

Şəkinin Baş Küngüt kənd sakini bu dəfə sevimli futbol komandası üçün etdiyi fədakarlıqla gündəmə gəlib.

XANOĞLAN / SPORTİNFO.AZ

Onun müraciəti əks olunan kadrlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti