Şəkili hücumçu özünü Ronaldoya oxşatdı, uşaq polisin üstünə qaçdı - VİDEO

18 Mart 10:40 II Divizion 360
Şəkili hücumçu özünü Ronaldoya oxşatdı, uşaq polisin üstünə qaçdı - VİDEO

Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

"Şəki Siti" doğma meydanda lider "Baku Sportinq"i qəbul edib.

Hesabat həftəsinin ən gözlənilməz nəticəsi məhz burada qeydə alınıb.

Şəkiyə asan qələbə arxasınca gələn Elman Sultanovun komandası ilk 14 dəqiqədə «soyuq duş» alıb. Tural Məmmədzadə 5 dəqiqə ərzində dubla imza atıb.

O, öncə qapıçı Cəfər Əlizadənin səhvindən sonra önünə düşən topu qapıdan keçirib. Bu zaman topdaşıyan balaca uşaq sevincini yaxınlıqda dayanan polisi qucaqlamaqla qeyd edib.

İkinci qol da birinciyə bənzəyib. Turalın qolun keyfini Ronaldo kimi yaşaması diqqətdən qaçmayıb.

Çempionatın lideri yalnız son 30 dəqiqədə özünə gəlib. Qonaqlar iki künc zərbəsindən başla fərqlənib.

Gəl ki, onların gücü 1 xal qazanmağa da çatmayıb. 90+4-cü dəqiqədə C,Əlizadə şəkili hücumçunun önünü kobudluqla kəsib.

Baş hakim qapıçıya sarı vərəqə göstərməsə də, penalti nöqtəsini nişan verib. Yusif Cəfərov fürsəti qaçırmayıb və stadiona toplaşan 700 azarkeşi riqqətə gətirib.

Beləliklə, qarşılaşma bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 27-yə yüksəldən "Şəki Siti" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 38 xalı olan və ilk məğlubiyyətini Şəkidə alan "Baku Sportinq" isə liderliyini davam etdirir.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 700 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Ruslan Quliyev
Dördüncü hakim: Sərxan İsmayılov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Osman Soltanov, 21 (hakimin qərarına etiraz); Tural Məmmədzadə, 30 (qeyri-idman hərəkəti); Yusif Cəfərov, 40 (qeyri-idman hərəkəti) // Hüseyn Axundov, 38 (qeyri-idman hərəkəti)
Qollar: Tural Məmmədzadə, 9, 14; Yusif Cəfərov, 90+4 (p.) // Röyal Nəcəfov, 63; Comərd Baxşəliyev, 79
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.

“Sheki City”

62. Elnar Şabanov
4. Süleyman Rauflu
14. Elçin Ramazanov (k)
55. Nəriman İmayətov
9. Tural Məmmədzadə
8. Yusif Cəfərov
44. Osman Soltanov
21. Elşən Mustafayev
99. Sərcan Omarov
33. Tamerlan Rizvanov
(60. Tunar Səlimov, 66)
(77. Ramin Məmmədov, 80)
7. Xaliq Şabanov
Ehtiyat oyunçular:
13. Eldəniz Əliyev
Baş məşqçi: Firuddin Mövsümov

“Baku Sportinq”

1. Cəfər Əlizadə
19. Hüseyn Axundov
(13. Comərd Baxşəliyev, 55)
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
4. Elşad Manafov
8. Aqşin Paşayev
7. Məhəmməd Xəlilov
3. Taleh Babayev
28. Ülvi Quliyev
(44. Vüqar Rəhimov, 74)
5. Rəvan Kərimov
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
10. Elgün Abbaslı
17. Hüseyn Əliyev
6. Ağası Babayev
99. Hakan Həsənov
Baş məşqçi: Elman Sultanov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!