Sabiq "Qarabağ"lı bölgə klubu ilə ANLAŞDI

17 Mart 2024 22:05 II Divizion 4 828
Sabiq "Qarabağ"lı bölgə klubu ilə ANLAŞDI

"Cəbrayıl" Elvin Məmmədovdan sonra daha bir təcrübəli futbolçu ilə güclənib.

İkinci Liqa təmsilçisi Cavid Tağıyevlə anlaşıb.

O, mövsümün ikinci yarısını Cavid Hüseynovun komandasında keçirəcək.

Tovuz futbolunun yetirməsi son olaraq "İrəvan"da çıxış edirdi.

Vaxtilə milli komandamızın da şəfərini qorumuş 30 yaşlı futbolçu karyerası ərzində “Səbail”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Qarabağ” və AZAL-ın da formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA