COP29

Azərbaycanda möhtəşəm qol, meydanda özündən gedən oyunçu - VİDEO+FOTOREPORTAJ

17 Mart 23:45 II Divizion 545
Azərbaycanda möhtəşəm qol, meydanda özündən gedən oyunçu - VİDEO+FOTOREPORTAJ

II Liqanın XVI turunda "Füzuli" Bakıda "Dinamo"nu qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb və xallarını 35-ə yüksəldərək, ikinci pilləni ələ keçirib.

Hesabı 20-ci dəqiqədə Valeh Seyidov açıb. Qonaqların kapitanı qapıçı Əyyub Əliyevin cərimə meydançası daxilində ona qarşı kobudluğundan sonra təyin olunan penaltini qola çevirib.

Bir qədər sonra kiper daha bir səhvə yol verib. O, topu ayağında saxlaya bilməyib, rəqibin zərbəsi isə boş qapının üstündən keçib.

«Füzuli» oyunu ikinci hissədə çevirib. «Polislər»in müdafiə xəttində sıraladığı xətalar onların ardıcıl 3 qol vurmasına səbəb olub.

73-cü dəqiqəndə meydanda qorxulu anlar yaşanıb. «Dinamo»nun yarımmüdafiəçisi İntiqam Məmmədov özündən gedib.

Rəqiblə ikili mübarizədən sonra yerə yıxılan oyunçunun başı süni qazona çırpılıb. O, təcili tibbi yadım maşını ilə xəstəxanaya çatdırılıb.

Hüşsuz vəziyyətdə olan Məmmədov orada ayılıb. İlkin müyainədən sonra onun beyin silkələnməsi keçirdiyi, amma səhhətində qorxulu fəsad buraxmadığı müəyyənləşib.

İntiqamın yoxluğunda «Dinamo» daha bir qol vurub. Fizuli Dəmirov 80-ci dəqiqədə sol cinahdan qapıya gözəl zərbə endirib.

Xırdalanlı gəncin vuruşu «çərçivə»nin uzaq «doqquzluğ»una daxil olub. Əminliklə deyə bilərik ki, Dəmirovun qolu mövsümün ən möhtəşəmləri arasında yer almalıdır.

SPORTİNFO.AZ

“ASK Arena”. 50 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Mirnihad Seyidov
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Əyyub Əliyev, 19 (qeyri-idman hərəkəti); Süleyman Piriyev, 88 (qeyri-idman hərəkəti); Emin Quliyev, 90+6 (oyunun bərpasının ləngidilməsi) // Ziya Məmmədli, 45 (qeyri-idman hərəkəti); Elxan Zeynalabdinzadə, 45+1 (oyunun bərpasının ləngidilməsi); Əli Məmmədli, 53 (qeyri-idman hərəkəti); Tərlan Veysəlli, 90+1 (qeyri-idman hərəkəti)
Qollar: Elvin Nəsibov, 51, 62; Emin Quliyev, 54 // Valeh Seyidov, 20 (p.); Fizuli Dəmirov, 80
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 6 dəq.

“Füzuli”

12. Əyyub Əliyev
77. Əziz Hüseynov (k)
6. Ceyhun Cavadov
(8. Mirkamil Əliyev, 76)
5. İlyas Səfərzadə
9. Elvin Nəsibov
(25. Bəxtiyar Zülfüqarlı, 90+3)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
17. Elçin Rəhimli
20. Haqverdi Həsənov
(22. Rafael Qavami, 76)
11. Emin Quliyev
18. Mehman Süleymanlı
(15. Nihad Ağayev, 86)
Ehtiyat oyunçular:
95. Əli İbrahimov
44. Məhəmməd Bədəlbəyli
21. Elvin Mirzəyev
71. Sergey Markelov
19. Cəsur Hüseynov
88. Ramin Məhərrəmli
3. Nurlan Məmmədov
Baş məşqçi: Nadir Əliyev

Dinamo”

1. İbrahim Bağırov
11. Şahin Əliyev
(15. Tərlan Veysəlli, 83)
8. İntiqam Məmmədov
(19. Əkbər Səfərzadə, 73)
20. Valeh Seyidov (k)
22. İman Müseyibov
10. Ziya Məmmədli
5. Elxan Zeynalabdinzadə
(99. Uğur Sayıllı, 73)
6. Kərim Məmmədov
(27. Rəsul Babazadə, 90+3)
4. Ömər Əsgərov
17. Fizuli Dəmirov
44. Əli Məmmədli
Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
24. İlkin Həsənli
3. Amil Cabbarlı
80. Rəvan Nağıyev
55. Nihat Bayramlı
16. Aslan Səlimov
14. Rəmzi Səfərov
2. Nihad Mahmudzadə
Məşqçi: İsmayıl Vəkiliqazicahani

Digər Xəbərlər
Xəbər Lenti