COP29

Rayonda futbolçunun üzünə təpik vurdular, məşqçini söydülər, ara qarışdı - VİDEO

16 Mart 19:40 II Divizion 375
Rayonda futbolçunun üzünə təpik vurdular, məşqçini söydülər, ara qarışdı - VİDEO

Azərbaycan II Liqasında XVI turun ən dramatik oyunlarından biri Şəmkirdə keçirilib.

Turnir cədvəlinin son pilləsində qərarlaşan komanda doğma rayonda "Şəfa"nı qəbul eləyib.

Ev sahibləri ilk dəqiqələrdən xoşbəxtliyi hücumda axtarıb. Meydanın mərkəzində hakimiyyətini tez bərqərar edən qərblilər erkən qol istəyinə 23-cü dəqiqədə çatıb.

“Şəfa”nın müdafiəçisi Ramiz Qasımov cərimə meydançası daxilində rəqib forvardın üzünə təpiklə zərbə endirib. Təyin olunan penaltini Məzahir Əhmədov qola çevirib.

Bundan bir qədər sonra meydanda aləm bir-birinə qarışıb. Nicat Abbasov kobudluğa yol verincə, “Şəmkir”in texniki zonasında hərəkətlik yaranıb.

Qonaqların oyunçusu onların ünvanına qeyri-etik ifadələr işlədincə, referi Şamil İmanzadə “qırmızı”ya əl atıb.

33-cü dəqiqədə isə R.Qasımov karate fəndi işlədib və baş hakim ona ikinci sarı vərəqə ilə tanış eləyərək, vaxtından xeyli əvvəl paltardəyişmə otağına yola salıb.

Beləcə, həm hesabda, həm də oyunçu sayında üstünlük qazanan şəmkirlilər fasilədən az keçmiş ikinci qolu vurub.

İlkin Əliyev əla qurulmuş “divar paslaşmaları”nı gözəl qolla tamamlayıb.

Tamamilə ruhdan düşən “Şəfa” qapısı önündə daha 3-4 təhlükə yaşayıb.

Hesab dəyişməsə də, final fiti turnir cədvəlində yerdəyişməni rəsmiləşdirib. Xallarını 9-a yüksəldən “Şəmkir” 2 pillə yuxarı qalxıbsa, “Şəfa” axırıncı sıraya yivarlanıb.

SPORTİNFO.AZ

Şəmkir OİK stadionu. 100 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Orxan İbişov, Kərim Zeynalov
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Məzahir Əhmədov, 27 (qeyri-idman hərəkəti); Kamran Kərimov, 78 (qeyri-idman hərəkəti); Asim Quliyev, 81 (qeyri-idman hərəkəti) // Ramiz Qasımov, 22, 33 (qeyri-idman hərəkəti); Nicat Abbasov, 27 (qeyri-idman hərəkəti); Pilağa Mehdiyev, 30 (qeyri-idman hərəkəti); Cavanşir Tahirov, 77 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Nicat Abbasov, 28 (qeyri-etik ifadə və ya hərəkət); Ramiz Qasımov, 33
Qollar: Məzahir Əhmədov, 23 (p.); İlkin Əliyev, 48
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 1 dəq.

“Şəmkir”

12. Novruz Rəhimov
19. Elxan Əzizov
10. Sahib Cümşüdov (k)
(14. Surac Şahbazov, 87)
3. Kamran Kərimov
57. Məzahir Əhmədov
(20. Taleh Nəbiyev, 83)
5. Ayxan Məmmədli
(8. Ülfan Hüseynov, 67)
30. Kərəm Əhmədli
9. İlkin Əliyev
77. Yusif Rufullazadə
17. Asim Quliyev
15. Aydın İsxanzadə
Ehtiyat oyunçular:
4. Kənan İbişov
Baş məşqçi: Ceyhun Əhmədov

“Şəfa”

22. Uğur İbrahimov
23. Nicat Abbasov
99. Əli Əliyev
(21. Samur-Xan Aslanxanov, 75)
55. Pilağa Mehdiyev (k)
(19. Elgün Məhərrəmov, 75)
77. Nəbi Nəbizadə
(11. Cavanşir Tahirov, 46)
10. İlkin Mikayılov
44. Ramiz Qasımov
8. Fərid İslamzadə
(5. Emin Məhərrəmli, 75)
4. Loğman Əliyev
66. Fuad Cahangirli
17. Rəhim Nağıyev
(3. Mehman İbadov, 38)
Ehtiyat oyunçular:
1. Fərrux Əzizov
6. Rafiq Həsənov
9. Murad Mehdiyev
2. Əhməd Babayev
Baş məşqçi: Elşad Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti