COP29

Azərbaycanda baş məşqçinin oğluna kəllə vurdular, o da hakimi söydü - VİDEO

14 Mart 17:40 II Divizion 519
Azərbaycanda baş məşqçinin oğluna kəllə vurdular, o da hakimi söydü - VİDEO

I Liqada XVI tura yekun vurulub.

"Göygöl" öz meydanında "Qusar"ı qəbul edib.

Yerli Olimpiya Kompleksinin stadionu azarkeş sarıdan korluq çəksə də, gərgin mübarizəyə səhnə olub. İlk dəqiqələrdən sərt mübarizəyə meyl eləyən tərəflər baş hakimi 10 dəfə əlini cibinə salmağa sürükləyib.

Elvin Bayramov ardıcıl iki dəfə Orxan Qurbanlının qolunu qeydə alıb (21 və 49-cu dəqiqələrdə). Ev sahiblərindən Elcan Rəhimovun ilk qolu baxımlı alınıb.

Üstündən 2 dəqiqə sonra Sərxan Ağayev qapıçıyla təkbətək qalaraq, fərqi yenidən artırıb.

Kamran Əlibabayevin komandası asan qələbəyə inanarkən, qərblilər öncə Ülvi Cəlilovun penalti, 90+3-cü dəqiqədə isə Ziyabil Məmmədovun cərimə zərbəsindən vurduğu qolla 1 xalı qurtarıb.

Referi son bölümdə cibindən 3 qırmızı vərəqə çıxarıb.

«Qusar»dan Mirmehdi Rzayev qapıya gedən topun önünü əllə kəsdiyi, Ülvi Cəlilov Vüqar Əlibabayevə kəllə atdığı, baş məşqçinin oğlu olan sonuncu isə referini söydüyü üçün meydandan kənarlaşdırılıb.

Xallarını 30-a yüksəldən "Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Göygöl" isə 6-cı yerdədir.

SPORTİNFO.AZ

Göygöl OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Aydın Baxşıyev, Samir Qaracayev
Dördüncü hakim: Xalid Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Coşqun Abdiyev, 21 (hakimin qərarına etiraz); Ülvi Cəlilov, 54 (qeyri-idman hərəkəti); Cavid Abbasov, 84 (qeyri-idman hərəkəti); Fərid Məmmədov, 90+2 (hakimin qərarına etiraz) // Viqar Əlibabayev, 90+3, 90+4 (hakimin qərarına etiraz); Eşqin Tağıyev, 90+5 (hakimin qərarına etiraz)
Qırmızı vərəqələr: Ülvi Cəlilov, 81 (təcavüzkar davranış) // Mirmehdi Rzayev, 77 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə); Viqar Əlibabayev, 90+4
Qollar: Elcan Rəhimov, 63; Ülvi Cəlilov, 78 (p.); Ziyabil Məmmədov, 90+5 // Orxan Qurbanlı, 20, 49; Sərxan Ağayev, 64
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.

“Göygöl”

1. Nicat Əmirxanov
10. Ziyabil Məmmədov (k)
15. Coşqun Abdiyev
20. Cavid Abbasov
14. Ülvi Cəlilov
70. Kamal Həsən-pur
33. Kənan Allahverdiyev
6. Kərim Vəliyev
(30. Elcan Rəhimov, 52)
25. Fərid Məmmədov
5. Sənan Həsənov
17. Çingiz Məmmədov
(11. İntiqam Tağıyev, 64)
Ehtiyat oyunçular:
22. Vüsal Mehdiyev
8. Fizuli Həsənzadə
4. İsa Bayramov
2. Vahid İbrahimov
Məşqçi: Elnur Kazımov

Qusar”

1. Əli Həsənli
15. Firudin Ağalarov
(14. Emil Məmmədov, 46)
11. Sərxan Ağayev (k)
4. İlqar Hüseynov
(77. Emil Valehov, 69)
(5. Elnur Dəmirli, 82)
16. Aslan Hüseynov
8. Orxan Qurbanlı
57. Eşqin Tağıyev
17. Osman Osmanov
26. Mirmehdi Rzayev
13. Viqar Əlibabayev
6. Kazbək Qafarov
(7. Nicat Muxtarov, 69)
Ehtiyat oyunçular:
22. İmran Məhərrəmov
3. Firdovsi Kazımov
18. İlham Yarəliyev
Baş məşqçi: Emin Əmiraslanov

Digər Xəbərlər
Xəbər Lenti