COP29

Azərbaycanlı futbolçu hamını qorxutdu - Onu xəstəxanada ayıltdılar!

13 Mart 13:00 II Divizion 1 153
Azərbaycanlı futbolçu hamını qorxutdu - Onu xəstəxanada ayıltdılar!

II Liqanın 16-cı turu çərçivəsində keçirilən «Füzuli» - «Dinamo» qarşılaşmasında (3:2) qorxulu anlar yaşanıb.

«Polislər»in yarımmüdafiəçisi İntiqam Məmmədov matçın 73-cü dəqiqəsində özündən gedib.

Rəqiblə ikili mübarizədən sonra yerə yıxılan oyunçunun başı süni qazona çırpılıb. O, təcili tibbi yadım maşını ilə xəstəxanaya çatdırılıb.

Azərbaycanlı futbolçu hamını qorxutdu - Onu xəstəxanada ayıltdılar!

Hüşsuz vəziyyətdə olan Məmmədov orada ayılıb. İlkin müyainədən sonra onun beyin silkələnməsi keçirdiyi, amma səhhətində qorxu fəsad buraxmadığı müəyyənləşib.

Həkimlər sabiq «Cəbrayıl»lıya 1-2 xəstəxanada qalmağı məsləhət görsə də, razılaşmayıb. «Dinamo»nun qışda sıralarına qatdığı oyunçu 10 günlük müalicə kursu alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti