COP29

"Klubun yükü mənim üzərimdədir, yeni sponsor gəlməyib"

12 Mart 09:40 II Divizion 686
"Klubun yükü mənim üzərimdədir, yeni sponsor gəlməyib"

«Klubumuzun rəhbərliyində dəyişiklik olmayıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şəmkir»in prezidenti Vüsal Məmmədov deyib.

II Liqada mübarizə aparan klubun yaradıcısı sponsorla bağlı yenilik olmadığını, bu cəhətdən əsas işlərin özü tərəfindən görüldüyünü bildirib.

Müsahib qeyd edib ki, komandanın ötən tur «Dinamo» ilə səfər oyununa cəmi 12 futbolçu ilə yollanması düşərgədə zədəlilərin çoxluğu ilə bağlıdır:

«Hazırda 18 futbolçumuz var. Digərləri zədəli olduğu üçün Bakıya 12 nəfərlə getdik.

Bu, müvəqqəti problemdir. Əsas odur ki, hər oyunda mübarizə aparırıq.

Qış fasiləsində baş məşqçini dəyişdik, Ceyhun Əhmədovu gətirdik. Hər komandada dəyişikliyin öz vaxtı var.

Biz də fikirləşdik ki, ilk dövrədəki uğursuz gedişatdan sonra belə addım ataq. Hələlik yeni sponsor gəlməyib.

Bu haqda yayılan söz-söhbətlər həqiqəti əks etdirmir. Klubun yükü mənim üzərimdədir».

Digər Xəbərlər
Xəbər Lenti