Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk hissədə iki qol vurulub.
İlkin Əliyev 7-ci dəqiqədə cinah ötürməsindən fərqlənibsə, Fizuli Dəmirov fasiləyə az qalmış başla dəqiq zərbə endirib.
İkinci yarı daha gərgin alınıb. İntiqam Məmmədov 56-cı dəqiqədə sol ayaqla baxmlı qola imza ataraq, «polislər»i hesabda önə çıxarıb.
Ardınca Taleh Nəbiyev status-kvonu bərpa eləyib. «Dinamo»nun ən məhsuldar hücumçusu olan Valeh Seyidov 67-ci dəqiqədə səhnəyə çıxıb.
Klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlu rəqibin müdafiə xəttinin pərən-pərən düşməsindən istifadə edərək, meydanın mərkəzindən qapıçıyla təkbətəyə yollanıb.
Valeh belədə topu qapının yaxın küncünə fırladaraq, qol sevincini Ronaldasayağı qeyd eləyib.
Xallarını 19-a yüksəldən "Dinamo" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 6 xalı olan "Şəmkir" isə sonuncu yerdədir. Ev sahiblər əlavə vaxtda daha bir əla fürsət yaxalayıb. Şahin Əliyev penaltini qaçırıb.
Bir maraqlı qeydi də diqqətinizə çatdıraq: qış fasiləsində Ceyhun Əhmədovu baş məşqçi postuna gətirən «Şəmkir» Bakıya vur-tut 13 futbolçu gətirib.
Onlardan Surac Şahbazov 39-cu dəqiqədə Ayxan Məmmədlini əvəzləyibsə, Kənan İbişov sonadək ehtiyatda qalıb.
Buna səbəb odur ki, qərb təmsilçisi ilk dövrədə xidmətindən yararlandığı oyunçuların əksəriyyəti ilə yolları ayırıb.
SPORTİNFO.AZ
Binə qəsəbə stadionu. 60 tamaşaçı Baş hakim: Mahmud Bağırzadə Baş hakimin köməkçiləri: Anar Bədəlov, Zakir Şükürzadə Dördüncü hakim: Emin Abdullayev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Rüfət Əmirov Sarı vərəqələr: Ziya Məmmədli, 51 (qeyri-idman hərəkəti); Şahin Əliyev, 63 (qeyri-idman hərəkəti); İman Müseyibov, 63 (qeyri-idman hərəkəti); Ömər Əsgərov, 72 (qeyri-idman hərəkəti); İbrahim Bağırov, 85 (oyunun bərpasının ləngidilməsi) // Ülfan Hüseynov, 59 (qeyri-idman hərəkəti); Kərəm Əhmədli, 63 (qeyri-idman hərəkəti) Qollar: Fizuli Dəmirov, 44; İntiqam Məmmədov, 56; Valeh Seyidov, 67 // İlkin Əliyev, 7; Taleh Nəbiyev, 63 Qolla nəticələnməyən penalti: Şahin Əliyev, 90+5 Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 6 dəq.
“Dinamo”
1. İbrahim Bağırov
11. Şahin Əliyev
8. İntiqam Məmmədov
20. Valeh Seyidov (k)
(15. Tərlan Veysəlli, 90)
22. İman Müseyibov
(24. İlkin Həsənli, 84)
10. Ziya Məmmədli
5. Elxan Zeynalabdinzadə
6. Kərim Məmmədov
4. Ömər Əsgərov
17. Fizuli Dəmirov
2. Nihad Mahmudzadə
(3. Amil Cabbarlı, 58) Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
80. Rəvan Nağıyev
19. Əkbər Səfərzadə
55. Nihat Bayramlı
16. Aslan Səlimov
99. Uğur Sayıllı
14. Rəmzi Səfərov
44. Əli Məmmədli
18. Əli Hacıyev Məşqçi: İsmayıl Vəkiliqazicahani
“Şəmkir”
12. Novruz Rəhimov (k)
19. Elxan Əzizov
3. Kamran Kərimov
8. Ülfan Hüseynov
57. Məzahir Əhmədov
5. Ayxan Məmmədli
(14. Surac Şahbazov, 39)
30. Kərəm Əhmədli
9. İlkin Əliyev
77. Yusif Rufullazadə
15. Aydın İsxanzadə
20. Taleh Nəbiyev Ehtiyat oyunçular: