"Neftçi"nin "şinel"indən çıxdı, əla qol vurdu, məşqçi cırılan toru tikdi – VİDEO+FOTOREPORTAJ

9 Mart 2024 16:00 II Divizion 895
"Neftçi"nin "şinel"indən çıxdı, əla qol vurdu, məşqçi cırılan toru tikdi – VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XV tura yekun vurulub.

"Qusar" Sumqayıtda "Füzuli"ni qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 17-ci dəqiqədə qonaqlardan Elvin Nəsibov açıb. Hücumçu dirəkdən dönən topu yaxın məsafədən qapıya göndərib.

Bundan 2 dəqiqə sonra «Füzuli» azlıqda qalıb. Uzun topa birinci çatan Aslan Hüseynovu cərimə meydançasından kənarda kobudluqla dayandıran Kamil Nəzərli qırmızı vərəqə görüb.

Buna rəğmən, Qarabağ təmsilçisi üstünlüyünü əldən verməyib, əksinə, onu bir qədər də gücləndirib. Böyük qüvvə ilə irəli atılan qusarlıların müdafiəyə boşluqlar buraxmasından istifadə ediblər.

Öncə Emin Quliyev belə epizodlardan birində qapıçı ilə dueldən qalib ayrılıbsa, daha sonra «Neftçi»nin yetirməsi Mirkamil Əliyev uzaq məsafədən sol ayaqla gözəl vuruş sərgiləyib.

Şimal komandasının gücü yalnız təsəlli qoluna çatıb.

Adı iştirak ərizəsində yer almayan, amma def-akto baş məşqçi olan Kamran Əlibabayevin oğlu Vüqar Əlibabayev baxımlı zərbəylə «Füzuli»nin qapısına yol tapıb.

«Qusar» qarşıdakı dəqiqələrdə daha böyük hesabla məğlub ola bilərdi. Qapıçı İmran Məhərrəmovun seyvləri və tir bir neçə fraqmentdə «Füzuli»yə mane olub.

Oyun ərzində daha bir diqqətçəkən hadisə qapı torunun cırılmasıdır. Belədə «Qusar»ın məşqçisi Kamran Nurəhmədov meydana daxil olaraq, onu düzəldib. Əsl toxucu kimi.

Xallarını 32-yə yüksəldən "Füzuli" turnir cədvəlinin 3-cü pilləyə yüksəldib. 29 xalı olan "Qusar" isə 5-ci yerə düşüb.

SPORTİNFO.AZ

“Kapital Bank Arena” (ehtiyat meydança). 30 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Orxan İbişov
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Aslan Hüseynov, 37 (qeyri-idman hərəkəti) // Nihad Ağayev, 79 (qeyri-idman hərəkəti); Əyyub Əliyev, 90 (oyunun bərpasının ləngidilməsi)
Qırmızı vərəqə: Kamil Nəzərli, 19 (rəqibi aşkar qol vurmaqdan məhrum etmək)
Qollar: Viqar Əlibabayev, 78 // Elvin Nəsibov, 17; Emin Quliyev, 52; Mirkamil Əliyev, 74
Artırılan vaxt: I hissədə - 4 dəq; II hissədə - 3 dəq.

Qusar”

22. İmran Məhərrəmov
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
16. Aslan Hüseynov
7. Nicat Muxtarov
8. Orxan Qurbanlı
17. Osman Osmanov
26. Mirmehdi Rzayev
13. Viqar Əlibabayev
5. Elnur Dəmirli
6. Kazbək Qafarov
Ehtiyat oyunçular:
1. Əli Həsənli
20. Pərviz Qaraxanov
18. İlham Yarəliyev
Baş məşqçi: Emin Əmiraslanov

“Füzuli”

1. Kamil Nəzərli
77. Əziz Hüseynov (k)
6. Ceyhun Cavadov
(12. Əyyub Əliyev, 24)
5. İlyas Səfərzadə
9. Elvin Nəsibov
(8. Mirkamil Əliyev, 69)
7. Təmraz Əmircanov
17. Elçin Rəhimli
20. Haqverdi Həsənov
(10. Vüsal Tahirov, 46)
11. Emin Quliyev
18. Mehman Süleymanov
(3. Nurlan Məmmədov, 81)
15. Nihad Ağayev
Ehtiyat oyunçular:
22. Rafael Qavami
44. Məhəmməd Bədəlbəyli
88. Ramin Məhərrəmli
25. Bəxtiyar Zülfüqarlı
Məşqçi: Xəqani Quliyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA