II Liqada beyinləri qarışdıracaq oyun və qapıçı səhvi – VİDEO+FOTOREPORTAJ

6 Mart 2024 17:40 II Divizion 848
II Liqada beyinləri qarışdıracaq oyun və qapıçı səhvi – VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XV tur arxada qalıb.

"Şəfa" Binədə "Lerik"i qəbul edib.

Elvin Bayramovun idarə etdiyi qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matç kifayət qədər baxımlı alınıb.

Ev sahiblərindən Əli Əliyev ilk 33 dəqiqə ərzində dublunu rəsmiləşdirib. Hücumçu hər iki halda müdafiəçilərin mövqe səhvindən yararlanıb.

Fasiləyədək yuxulu təsir bağışlayan cənub təmsilçisi yalnız bir dəfə «çərçivə»yə düşə bilib. Onda da referi Kamran Abdullazadənin ikinci cəhddə vurduğu qolu qeydə almayıb.

«Xəzər Lənkəran»ın yetirməsi olan kapitanın son anda qapıçının əlinə zərbə endirərək, topu tora göndərməsini bəhanə gətirib. Halbuki burada xəta «Şəfa»nın kiperi Fərrux Əzizovda idi.

İkinci hissəyə aktiv başlayan leriklilər ardıcıl 3 dəfə fərqlənib. Yenə onlardan biri ofsayd olması iddiasıyla hesaba alınmayıb.

Azad Bayramzadənin 62-ci dəqiqədə vurduğu qolda isə F.Əzizovun «xidmət»i daha böyükdür. Kadrlara baxsaz, onun necə uşaq səhvinə yol verməsini görəcəksiz.

Qarşılaşmada yekun nöqtəni Cavanşir Tahirov qoyub. 66-ci dəqiqədə meydana daxil olmuş gənc forvard künc zərbəsindən sonra qapı önündə yaranan qarışıqlıq zamanı bir vuruşla nəticəni müəyyənləşdirib.

Bundan öncə isə «Şəfa»dan Ramiz Qasımov Messisayaq reyd edərək əla qol vurmağa yaxın olsa da, top qapı tirindən dönüb. «Lerik» isə axır dəqiqələrdə iki əla fürsəti boşa verib.

15 turdan sonra 7 xal toplayan "Şəfa" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 12 xalı olan "Lerik" isə 11-ci yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 60 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Rasim Axundov
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: İlkin Mikayılov, 73 (qeyri-idman hərəkəti); Cavanşir Tahirov, 88 (qeyri-idman hərəkəti) // Mirabbas Qədirli, 35 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 81 (qeyri-idman hərəkəti); Mətin Əbilsoy, 86 (hakimin qərarına etiraz); Ayaz Məmmədli, 87 (hakimin qərarına etiraz)
Qollar: Əli Əliyev, 12, 33; Cavanşir Tahirov, 86 // Ruslan Tağızadə, 62; Valid Yusubzadə, 76
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 5 dəq.

“Şəfa”

1. Fərrux Əzizov
6. Rafiq Həsənov (k)
23. Nicat Abbasov
(77. Nəbi Nəbizadə, 66)
99. Əli Əliyev
(3. Mehman İbadov, 75)
55. Pilağa Mehdiyev
10. İlkin Mikayılov
(5. Emin Məhərrəmli, 75)
44. Ramiz Qasımov
8. Fərid İslamzadə
4. Loğman Əliyev
66. Fuad Cahangirli
(21. Samur-Xan Aslanxanov, 89)
17. Rəhim Nağıyev
(11. Cavanşir Tahirov, 66)
Ehtiyat oyunçular:
22. Uğur İbrahimov
9. Murad Mehdiyev
Baş məşqçi: Elşad Məmmədov

“Lerik”

1. Ayaz Məmmədli
5. Feyruz Bağıyev
(3. Mirvaleh Hüseynov, 46)
42. Valid Yusubzadə
8. Ruslan Tağızadə
7. Kamran Abdullazadə (k)
2. Əli Məzahirli
99. Mirabbas Qədirli
25. İtaət Balayev
(17. Fahil Dostiyev, 40)
11. Əli Tağızadə
9. Azad Bayramzadə
(6. Mətin Əbilsoy, 84)
22. Aqil Nəzərov
Ehtiyat oyunçular:
12. Hafiz Məmmədli
10. Nurlan Əmirzadə
19. Farid Şiriyev
4. Vusal Nuriyev

Baş məşqçi: Vidadi Hüseynov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA