II Liqada çıxış edən «Şəfa»da baş məşqçi dəyişikliyi olub.
Yeni himayədar tapan paytaxt təmsilçisi Əli Əliyevi Elşad Məmmədovla əvəzləyib.
Onun qarşısına komandanı çempionatda saxlamaq vəzifəsi qoyulub.
«Şəfa» 19 illik fasilədən sonra ötən ilin ilk yarısında fəaliyyətini bərpa edib. Qış fasiləsində heyətində ciddi dəyişikliyə əl atan klub liqanın geridə qalan hissəsində 7 xal toplayıb.
Kollektiv 15 turdan sonra turnir cədvəlinin 13-cü pilləsində «lövbər salıb».
SPORTİNFO.AZ

