Bu gün Azərbaycan II Liqasında XV tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 2024-cü ilin ilk hesabat həftəsinin son günü kifayət qədər məhsuldar keçib.
Dörd matçda üst-üstə 23 qol vurulub. “Cəbrayıl” Bakıda “Kürmük”ün qapısından 9 cavabsız top keçirib.
“Dinamo” kifayət qədər dramatic alınan qarşılaşmada “Şəmkir”i məğlubiyyətə uğratmağı bacarıb - 3:2. “Polislər”ə qələbə qazandıran qolun müəllifi klubun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlu Valeh Seyidov olub.
Medallar uğrunda mübarizə aparan “Qusar”la “Füzuli”nin duelindən isə ikincilər qalib ayrılıb.
"Cəbrayıl" - "Kürmük Qax" 9:0
Qlolar: Elşad Əliyev, 8, Hüseyn Novruzov, 12, Əli Nəcəfli, 32, Tapdıq Əhmədov, 35,Polad İbrahimov, 41, 56, Ruslan Voronsov, 46, 80, Nurlan Quliyev, 64
"Kür-Araz" - "Göygöl" 5:0
Qollar: Cavid İmamverdiyev, 9, Müseyib Vəlizadə, 15, 51, Ramazan Abbasov, 55, Elariz Xəlilli, 68
"Dinamo" - "Şəmkir" 3:2
Qollar: Fizluli Dəmirov, 44, İntiqam Məmmədov, 56, Valeh Seyidov, 67 - İlkin Əliyev, 7, Taleh Nəbiyev, 63
"Qusar" - "Füzuli" 1:3
Qollar: Viqar Əlibabayev, 77 - Elvin Nəsibov, 17, Emin Quliyev, 51, Mirkamil Əliyev, 73
Qırmızı vərəqə: Kamil Nəzərli, 19
|
Bombardirlər:
Tural Qurbatov ("Şahdağ Qusar") - 21 qol
Vüqar Əşrəfli ("Göygöl") - 17 qol
Ülvi Quliyev ("Baku Sportinq") - 14 qol
Ravil Yusifli ("Sheki City") - 11 qol
Tapdıq Əhmədov ("Cəbrayıl") - 11 qol
Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 11 qol

