Azərbaycanlı hücumçunun bu qolunu kim izləməyib? - VİDEO

5 Mart 2024 17:40 II Divizion 2 384
Azərbaycanlı hücumçunun bu qolunu kim izləməyib? - VİDEO

Azərbaycan II Liqasında XV tura start verilib.

Çempionluq uğrunda mübarizə aparan "Şahdağ"la "Baku Sportinq" Şamaxıda üz-üzə gəlib.

Liderlə qonşusunun mücadiləsinə maraq oz olub. İddialıların görüşünü cəmi 50 azarkeş izləyib.

Komandalar tribunada yerini tutan fanatlara ləzzətli futbol izlətdirməyib. Xüsusən Elman Sultanovun çalışdırdığı kollektiv.

"Baku Sportinq" 90 dəqiqə ərzində ölü bitə bənzəyib. Turnir cədvəlinə başçılıq edən Buzovna təmsilçisi oyunboyu müdafiədən çıxış edib, qol vəziyyəti yaratmağa çətinlik çəkib.

Hücumlarını cinahlardan quran qusarlılar 32-ci dəqiqədə hesabı açıb. Millinin keçmiş yarımmüdafiəçisi Rahid Əmirquliyev belə epizodlardan birində ona ötürülən topu yaxın məsafədən qapının uzaq küncünə istiqamətləndirib.

"Baku Sportinq" fasilədən az sonra Röyal Nəcəfovla bərabərliyi təmin edib. AZAL-ın sabiq hücumçusu cərimə meydançasının önündən gözəl zərbəylə toru silkələyib.

Elməddin Hüseynzadə 73-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq, qonaqları azlıqda buraxıb.

«Şahdağ» belədə hücumlarının sayını daha da artırıb. Bir neçə həmlə təşkil edən şimallılara tələskənlik mane olub.

15 turdan sonra 38 xal toplayan "Baku Sportinq" çempionatın lideridir. 31 xalı olan "Şahdağ Qusar" isə 2-ci yerdədir.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Tərlan Talıbzadə
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Cavid Quliyev, 9 (qeyri-idman hərəkəti); Rubin Seyidov, 11 (qeyri-idman hərəkəti); Vüsal Hüseynov, 37 (oyun qaydalarının sistematik şəkildə pozulması); Kənan Mirzəliyev, 70 (hakimin qərarına etiraz); Coşqun Qorçiyev, 87 (qeyri-idman hərəkəti) // Elməddin Hüseynzadə, 57, 73 (qeyri-idman hərəkəti); Röyal Nəcəfov, 86 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Elməddin Hüseynzadə, 73
Qollar: Rahid Əmirquliyev, 32 // Röyal Nəcəfov, 51
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

Şahdağ Qusar”

12. Rafiq Kərimov
14. Rahid Əmirquliyev (k)
11. Tural Qurbatov
38. Mübarək Şaquliyev
77. Elmin Əskərli
(88. Mehdi Rəsulov, 46)
97. Kənan Mirzəliyev
6. Vüsal Hüseynov
9. Famil Camalov
(17. Coşqun Qorçiyev, 71)
4. Rubin Seyidov
(8. Fərman Qənbərov, 46)
21. Ruslan Ağalarov
(10. Fuad Məmmədzadə, 77)
71. Cavid Quliyev
(7. Salman Atluxanov, 63)
Ehtiyat oyunçular:

99. İlkin Hacıxanov
1. Babək Allahverdiyev
3. Əlimirzə Daşzərini
44. Afin Bağırov
19. Samir Şixzadayev
Baş məşqçi: Bəhram Şaquliyev

“Baku Sportinq”

1. Cəfər Əlizadə
19. Hüseyn Axundov
25. Qərib İbrahimov
(8. Aqşin Paşayev, 75)
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
4. Elşad Manafov
7. Məhəmməd Xəlilov
(99. Hakan Həsənov, 90+2)
3. Taleh Babayev
28. Ülvi Quliyev
(44. Vüqar Rəhimov, 81)
32. Elməddin Hüseynzadə
5. Rəvan Kərimov
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
13. Comərd Baxşəliyev
10. Elgün Abbaslı
17. Hüseyn Əliyev
6. Ağası Babayev
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA