Bu gün II Liqada 15-ci tur start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk gündə 3 matç oynanılacaq.
Lider "Bakı Sportinq" 2-ci yerdəki "Şahdağ Qusar"ın qonağı olub. Oyunda qalib müəyyənləşməyib - 1:1.
"Ağdaş" "Şəki Siti" ilə heç-heçə edib, "Şəfa" "Lerik"ə qalib gəlib.
Tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.
Bu görüşlər, 2-ci liqada ilin ilk oyunlarıdır.
“Şahdağ Qusar” – “Bakı Sportinq” 1:1
Qollar: Rahid Əmirquliyev, 32 - Röyal Nəcəfov, 51
Şamaxı OİK stadionu
“Ağdaş” – “Şəki Siti” 1:1
Qollar: Fuad Hüseynov, 5 - Elşən Mustafayev, 63
Ağdaş şəhər stadionu
“Şəfa” – “Lerik” 3:2
Qollar: Əli Əliyev, 11, 33, Cavanşir Tahirov, 85 - Azad Bayramzadə, 63, Valid Yusubzadə, 77
Binə qəsəbə stadionu
|
Bombardirlər:
Tural Qurbatov ("Şahdağ Qusar") - 21 qol
Vüqar Əşrəfli ("Göygöl") - 17 qol
Ülvi Quliyev ("Baku Sportinq") - 14 qol
Ravil Yusifli ("Sheki City") - 11 qol
Elvin Nəsibov ("Cəbrayıl") - 10 qol
Tapdıq Əhmədov ("Cəbrayıl") - 10 qol

