II Liqada qış fasiləsi bu gün başa çatacaq.
Sportinfo.az xəbər verir ki, 15-ci turun ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.
Çempionluq uğrunda mübarizə aparan «Şahdağ»la «Baku Sportinq» Şamaxıda üz-üzə gələcək.
Turnir cədvəlinin son pilləsində yer alan «Şəfa» Bakıda «Lerik»i qəbul edəcək.
Orta sıralarda qərarlaşan «Ağdaş»la «Şəki» birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcək.
“Şahdağ Qusar” – “Baku Sportinq”
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Murad Səlimov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı OİK stadionu, 15:00
“Ağdaş” – “Sheki City”
Hakimlər: Vüqar Həsənli, Aydın Baxşıyev, Rəhman Aslanov, Xalid Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Ağdaş şəhər stadionu, 15:00
“Şəfa” – “Lerik”
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Rasim Axundov, Alik Yunusov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Binə qəsəbə stadionu, 15:00
|
Bombardirlər:
Tural Qurbatov ("Şahdağ Qusar") - 21 qol
Vüqar Əşrəfli ("Göygöl") - 17 qol
Ülvi Quliyev ("Baku Sportinq") - 14 qol
Ravil Yusifli ("Sheki City") - 11 qol
Elvin Nəsibov ("Cəbrayıl") - 10 qol
Tapdıq Əhmədov ("Cəbrayıl") - 10 qol

