COP29

Azərbaycanda deputat klubun rəhbərliyinə gətirildi

22 Fevral 23:40 II Divizion 852
Azərbaycanda deputat klubun rəhbərliyinə gətirildi

Milli Məclisin daha bir deputatı futbol klubunda vəzifə alıb.

Anar Məmmədov bundan sonra «Dinamo»nun uğurları üçün əmək sərf edəcək.

Parlamentarii II Liqada yarışan «polislər»in İdarə Heyətinə üzv seçilib.

Ondan öncə Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa futbol təsərrüfatında təmsil olunmağa başlayıb.

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizəd olmuş tanınmış ictimai-siyasi xadim «Dinamo»nun rəhbərliyinə gətirilib.
Milli Məclisin deputatı da İdarə Heyətinə üzv seçilib.

O, klubun İdarə Heyətinin sədri, yaxın dostu Yaşar Seyidovun müvafiq çağırışını müsbət dəyərləndirib.

«Dinamo» Daxili İşlər Nazirliyinin balansında fəaliyyət göstərir. Ötən ilin 90-cu illərində yaradılan komanda 2015-ci ildə futbol səhnəsindən çəkilib və yalnız 2023-cü ilin yayında çıxışını bərpa edib.

F.Mustafa ictimaiyyətdə futbol azarkeşi kimi tanınır. Millət vəkilinin «Qarabağ»a və onun baş məşqçisi Qurban Qurbanova simpatiyası hər kəsə bəllidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"