Millinin eks oyunçusu II Liqadan gələn təklifə RAZILIQ VERDİ

17 Fevral 2024 23:40 II Divizion 1 440
Millinin eks oyunçusu II Liqadan gələn təklifə RAZILIQ VERDİ

Milli komandamızın sabiq üzvü Elvin Məmmədovun yenidən böyük futbola qayıdışı dəqiqləşib.

Təcrübəli futbolçu uzun çək-çevirdən sonra İkinci Liqa təmsilçisi "Cəbrayıl"ın təklifinə razılıq verib.

Bu barədə bölgə klubunun baş məşqçisi Cavid Hüseynov saytımıza məlumat verib.

2022/2023 mövsümündə məhz Cavid Hüseynovun baş məşqçisi olduğu “Şamaxı”nın formasını geyinən 35 yaşlı oyunçu ötən yay karyerasını bitirdiyini açıqlamışdı.

“Turan”ın yetirməsi olan Elvin Məmmədov karyerası ərzində “İnter”, “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib.

O, 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"