COP29

İlkin Fikrətoğlu "Xəzər Lənkaran", fəaliyyətini bərpa edən və yeni yaranan klublar haqda

14 Fevral 17:40 II Divizion 1 391
İlkin Fikrətoğlu "Xəzər Lənkaran", fəaliyyətini bərpa edən və yeni yaranan klublar haqda

Azərbaycan futbolunda bu mövsüm ən uzun dövrələrarası fasilə II Liqadadır.

Sonuncu dəfə dekabrın 15-də meydana çıxan «ikincilər» bir də martın əvvəlində oynayacaq.

Elə bil, bu liqa sözün əsl mənasında qış yuxusuna gedib. 26 illik aradan sonra ilk dəfə keçirilən II Liqada 14 komanda mübarizə aparır.

Bu çempionatda yetərincə diqqətçəkən adlar var:

Yaşar Seyidov və Səbuhi Səfiyarlı kimi təcrübəli klub idarəçiləri, Cavid Hüseynov, Elman Sultanov və Amit Quluzadə kimi özünü baş məşqçi rolunda təsdiqləməyə çalışan keçmiş futbolçular, Təmkin Xəlilzadə, Bəxtiyar Soltanov, Röyal Nəcəfov, Tural Qürbətov kimi yüksək liqa görmüş oyunçular, Azərbaycan çempionatının oyun sayında rekordcusu Rahid Əmirquliyev və hətta karyerasını 6 il əvvəl bitirib, indi yenidən yaşıl meydana dönən 45 yaşlı Ruslan Poladov.

Yarıpeşəkar, yarıhəvəskar statuslu liqada fəaliyyətini peşəkar səviyyədə quranlar da var, buna çaışanlar da, həvəskar kimi çempionatı yola verənlər də.

Peşəkarlıq baxımdan rəqiblərini aşkar üstəlyən birinci klub «Baku Sportinq»dir. 14 turdan sonra turnir cədvəlində lider olması da bu peşəkarlığın nəticəsidir.

Komandanın baş məşqçisi 90-cı illərin tanınmış müdafiəçilərindən Elman Sultanovdur. Heyətdə ölkə çempionatının yüksık liqasında oynamış Bəxtiyar Soltanov, Röyal Nəcəfov, Vaqif Şirinbəyov, Məhəmməd Xəlilov, Elşad Manafov və Qərib İbrahimov və başqa futbolçular var.

Klubun prezidenti Hüseyn Rzayevin gördüyü işlər alqışalayiqdir. «Baku Sportinq» II Liqada yeganə klubdur ki, 8 yaşdan başlayaraq 14 yaşadək 6 uşaq və yeniyetmə komandası, hətta qızlardan ibarət 3 komandası var.

Halbuki heç I Liqada bu tələbləri yerinə yetirən komanda tapmaq olmur, nəinki II Liqada. Adı «Baku Sportinq» olsa da, şəhərətrafı coğrafiyanı da əhatə edir.

Uşaq komandaları Masazırda məşq keçir, komanda özü rəqiblərini Binə qəsəbəsində qəbul edir. Eyni zamanda, dağılıb viran qalmış Buzovna stadionunda hazırda ciddi işlər görülür.

Təbii ot örtüklü arenanın işıqlandırma sistemi artıq hazırdır və burada son tamamlanma işləri aparılır. Əgər PFL-in yoxlaması arenanın tələblər cavab verdyini təsdiqləsə, «Baku Sportinq» tezliklə rəqiblərini ovaxtkı məşhur «Xəzri Buzovna»nın stadionunda qəbul edəcək.

Ümumiyyətlə, «Baku Sportinq» bundan sonra yarışlarda Buzovna təmsilçisi kimi çıxış edəcək. Görünən budur ki, «Baku Sportinq» I Liqaya hərtərəfli hazırdır və lıiqada tutduğu lider mövqeyi təsadüf deyil.

«Baku Sportinq»lə çempionluq yarışına girən klublar isə «Cəbrayıl», Qusarın 2 koamndası və «Füzuli»dir. «Cəbrayıl» FK deyən kimi ilk olaraq iki ad ağıla gəlir. var: klubun müşaviri Səbuhi Səfiyarlı və baş məşqçi Cavid Hüseynov.

Səfiyarlı artıq keçimiş klubu «Qəbələ»yə qayıdıb - idman direktoru olaraq. Cavid Hüseynov isə indiyədək «Cəbrayıl»ın yaşaması üçün çox işlər görmüş klubun direktoru Şahin Məmmədovla ciyin-ciyinə verib əsas məqsəd - I Liqaya vəsiqə uğrunda mübarizə aparır.

Yaxınlarda komandaya daha bir tanınmış isim cəlb olunub. Vaxtilə Cavid Hüseynovun komanda yoldaşı olmuş 36 yaşlı Elvin Məmmədov.

Qusarda hələ çempionat oyunları keçirməyə stadion olmasa da, rayonun birdən-birə iki komandası II Liqada çıxış edir.

Keçmiş bucumcu Bəhram Şahquliyevin baş məşqçisi olduğu «Şahdağ» ev oyunlarını Şamaxıda keçirir.

Komandada Azərbaycan çempionatları tarixində hamıdan çox - 451 oyun keçirməkıə mütləq rekorda imza atan Rahid Əmirquliyev, yüksık liqada «Bakı», «Rəvan». «Xəzər Lənkəran» və «Kəpəz»də çıxış etmiş Tural Qürbətov kimi oyunçular forma geyinir.

14 turdan sonra «Şahdağ» bütün rəqiblərindən çox - 48 qol vurub, hamıdan az - 9 top buraxıb. Komandanın yaxşı maliyyə dayaqlarının olduğu deyilir.

Lider «Baku Sportinq»dən 7 xal geri qalsalar da, bu fərqi aradan qaldıra bilərlər. «Şahdağ»ın öz evinə köçməsinə də az qalıb. Şövkət Orduxanov adıan stadionda təmir-bərpa işləri yaya qədər yekunlaşmalıdır.

Ev oyunlarını Sumqayıtda keçirən Qusarın eyniadlı komandası isə «Şahdağ»dan 1 xal az toplayıb. Ötən mövsüm Region Liqasında çempion olduqdan sonra klubun prezidenti Kamil Məmmədov «Neftçi»dən aldığı sərfəli dəvətin ardınca getdi.

Amma onun «Qusar»la əlaqələri tam üzülməyib. Minifutbol çempionatında çıxış edən «Birbaşa» ilə sıx əlaqəsi olan Kamil Məmmədov oradan bir necə oyunçunu, o cümlədən, Azərbaycan futbolunda hamının tanıdığı Təmkin Xəlilzadəni «Qusar» cəlb edib.

Minifutbolçularla futbolçların sintezi hələlik pis alınmır. İlk «beşlik»də olan komandalardan «Füzuli» də çempionata yaxşı başlamışdı.

Zaman keçdikcə maliyyə problemləri baş qaldırdı. Son günlər oyunçuların 2 ay maaş almaması ilə bağlı xəbərlər yayılıb.

Klub rəhbərıiyi isə deyilənləri təkzib edərək, hər şeyin yolunda olduğunu açıqlayıb. Amma belə görünür, «Füzulu» bu gedişlə «Baku Sportinq», «Cəbrayıl» və Qusar təmsilçiləri ilə rəqabətə davam gətirə bilməyəcək.

II Liqada ikinci yeri titan komandanın I Liqanın 9-cusu lə pley-off mübarizəsinə çıxacağını nəzərə alsaq, demək, 2-ci pillə də yuxarı qalxmaq üçün şans verir və bu adıçəkilən klubları gələn mövsüm birinci liqada görə bilərik.

6-11-ci yerlərdə qərarlaşan - «Göygöl», «Şəki Siti», «Kür-Araz», «İmişli», «Dinamo», «Ağdaş» və «Lerik»in cari mövsüm üçün böyük hədəfləri yoxdur.

Şəki, Göygöl və Ağdaşa peşəkar futbolun qayıdışı sevindiricidir. Ən azı həmin bölgələrdəki bacarıqlı gənclər varsa, onların üzə çıxmasına fayda verəcək bu komandaların varlığı vacibdir.

Rəsmi statistikaya görə, 133 min əhalisi olan İmişli rayonunun 2 peşəkar komandanın olması da təqdirəlayiqdir. «İmişli» I, «Kür-Araz» II Liqada oynayır.

«Qarabağ»ın müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayevin baş məşqçisi olduğu «Kür-Araz»da seçilən oyunçuların ən azı rayonun daha üst liqada oynayan digər komandasına keçmək imkanı var.

Ovaxtkı «Dimamo»nun, daha sonra məşhur «Bakı»nın yaradıcılarından Yaşar Seyidovun illər sonra böyük futbola qayıdışı da qeyd olunmalıdır.

Ata-oğul - Yaşar və Valeh Seyidovlar bu mövsüm üçün hələlik kollektivi formalaşdırmaqdadırlar. İddialı Seyidovun «Dinamo»su belə ola bilməz.

Yəqin ki, gələn mövsün tam fırqli komanda görəcəyik. «Xəzər Lənkaran»ı bütün liqalardan uzaq tutub, əvəzində «Lerik»ə şans verənlər bir tərəfdən lənət, digər tərəfdən alqış qazanıb.

Lənkəranın özü min bir bəhanə ilə liqaya buraxılmasa da, ironiyaya bax ki, «Lerik» oyunlarını məhz bu şəhərdə keçrir. Ümid edirik ki, martda AFFA-dakı rəhbər dəyişikliyindən sonra Lənkəran futbolunun da bəxtinə günəş doğar.

II Liqanın autsayderləri «Şəmkir». «Kürmük» və «Şəfa»dır. Saşa, rəhmətlik Şahbaz Süleymanov həyatda olmadığı kimi, o əzəmətli «Şəmkir» də artıq yoxdur.

Maliyyə çətinliyi olan komandaya nə rayon rəhbərliyindən, nə də iş adamlarından yetərli dəstək var. Qaxın «Kürmük»ünə isə rayonun İcra Hakimiyyətindən də, yerli biznesmenlərindən də müəyyən maddi dəstək var.

Amma komandanın, necə deyərlər, olanı budur. Klubun rəhbəri Əlövsət Bayramov hələ mövsümün əvvəlində verdiyi açıqlamanın üzərində dayanır:

«Bizim böyük hədəflərimz yoxdur. əsas yaxşı futbol göstərmək və II Liqada yerimizt qorumaqdır». «Kürmük» bəlkə də liqada yerini qoruyacaq, amma yaxşı futboldan əsər-əlamət yoxdur.

«Şəfa»nın maddi durumu isə digərlərindən də pisdir. İstedadlı uşaqları tapıb üzə çıxarmağı qarşısına məqsəd qoyan kluba maliyə dəstəyi verilmıəsə, bəlkə də mövcudluğunu qoruya bilməyəcək.

II Liqa statusundan da göründüyü kimi, yarımpeşəkar liqadır və bəzən burada həvəskar səhvlərə də rast gəlinir.

Hətta «Baku Sportinq» və «Cəbrayıl» kimi liqanın təşkilati baxımdan ən yaxşı klubları da bəzən protokolla bağlı səhvə yol verib texniki məğlubiyyət alır. Amma bura həm təcrübə, peşəkarlaşmaq üçün olan bir liqadır.

Bəlkə də gələcəyin böyük klubları səhv edə-edə elə bu liqadan çıxacaq.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!