“Baku Sportinq” növbəti hazırlıq matçını keçirib.
II Liqanın lideri Buzovna stadionunda eyni liqada çıxış edən “Şəfa” ilə üz-üzə gəlib.
Oyuna hücumlarla başlayan “ağ-göylər” hər iki hissədə fərqlənərək, rəqibini 6 dəfə meydanın mərkəzinə dəvət eləyib. Bununla da, qəsəbə təmsilçisi üçüncü yoxlama görüşündə də qalibiyyətə sevinib.
“Baku Sportinq” bundan öncəki qarşılaşmalarda “Sabah”ın 19 yaşlılarını 4:3 və “İmişli”ni 3:1 hesabı ilə yenib.
I Liqaya iddialı kollektiv qarşıdakı daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Sparrinqlərdən biri hazırda ölkəmizdə təlim-məşq toplanışı keçən Türkmənistan klubudur.
SPORTİNFO.AZ