Azərbaycan klubu keçmiş jurnalisti prezident postuna gətirdi - FOTO

10 Fevral 2024 19:40 II Divizion 2 021
Azərbaycan klubu keçmiş jurnalisti prezident postuna gətirdi - FOTO

İkinci Liqa təmsilçisi “Şəfa”da rəhbər dəyişikliyi yaşanıb.

2022-ci ilin dekabrında tarixin yaddaşına köçmüş klubun adını qaytararaq yeni akademiya yaradan, İkinci Liqaya vəsiqə qazanandan sonra ciddi maliyyə sıxıntısı yaşayan klubun problemi həllini tapıb.

Başbilənlər “Şəfa”nın müasir formada idarə edilməsi üçün Pelikan Akademik Futbol İnstitu ilə anlaşma əldə edib ki, bundan sonra prezident postunu keçmiş jurnalist, beynəlxalq dərəcəli futbol idarəçisi Rəsul Allahverdiyev tutacaq.

Azərbaycan klubu keçmiş jurnalisti prezident postuna gətirdi - FOTO

Klubun yeni imicdə qurucusu, “Şəfa”nın yaşaması üçün əlindən gələn hər şeyi edən Cavid Nəzərov bundan sonra klubun İdarə Heyətində təmsil olunacaq.

Yenilənmə prosesindən sonra “ağ-göylər”də yeni struktur və idarəetmə sistemi formalaşdırılacaq, formalar yeniləri ilə əvəzlənəcək, hədəflər yüksələcək.

“Şəfa” İkinci Liqanın birinci dövrəsindən sonra 14 oyunda cəmi 4 xal toplamaqla 14 komanda arasında sonuncu pilləsində yer alıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA