COP29

Azərbaycanda hakimin şübhəli qərarları - VİDEO

25 Mart 23:45 II Divizion 592
Azərbaycanda hakimin şübhəli qərarları - VİDEO

Azərbaycan II Liqasının XVII turunda "Ağdaş" doğma meydanda "Şəmkir"i qəbul edib.

300 azarkeşin iştrakıyla keçirilən qarşılaşmaya ev sahibləri daha fəal başlayıb.

Novruz Rəhimovun sayıqlığını bir neçə dəfə yoxlayan ağdaşlılar 23-cü dəqiqədə rəqib torunu da yaxalayıb. Lakin Zamiq Abubəkirovun yaxın məsafədən qapıya vurduğu zərbənin qol kimi qeydə alınmasına yan xətt hakimi imkan verməyib.

Laynsmanla yanaşı, referi Əli Əliyev də 2-3 epizodda diqqət mərkəzinə düşüb. Baş hakim cərimə meydançası daxilində qeydə alınan qayda pozuntularına göz yumub.

O, xüsusən «Şəmkir»liləri özündən narazı salıb. 64-cü dəqiqədə Şəhriyar Kərimlinin əlinə dəyən top istiqamətini dəyişib, lakin «fit sahibi» qonaqların lehinə penalti təyin etməyib.

Buna qədər isə hesab artıq açılıb. Taryel Zeynalovun sağ cinahdan endirdiyi zərbəni tuta bilməyən Rovruz Rəhimovu onu Ramal Əhmədovun önünə atıb, ikinci yaxın məsafədən boş qapını «salamlayıb».

Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

SPORTİNFO.AZ

Ağdaş şəhər stadionu. 300 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Zamiq Abubəkirov, 37 (qeyri-idman hərəkəti); Fuad Hüseynov, 90 (oyunun bərpasının ləngidilməsi); Ramal Əhmədov, 90+3 (qeyri-idman hərəkəti) // Elxan Əzizov, 32 (qeyri-idman hərəkəti); Sahib Cümşüdov, 45+2 (qeyri-idman hərəkəti); Məzahir Əhmədov, 66 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elşad Mirzəyev (“Şəmkir”), 66 (hakimin qərarına etiraz)
Qol: Ramal Əhmədov, 63
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.

“Ağdaş”

12. Ümid Paşayev
15. Vasif Nəsirov
3. Səbuhi Ağayev (k)
17. Ramal Əhmədov
4. Azad Əzimli
20. Şəhriyar Kərimli
(14. Elxan Məhərrəmov, 85)
24. Elvin İsmayılov
(33. Tofiq Əliyev, 77)
7. Taryel Zeynalov
30. Fuad Hüseynov
11. Zamiq Abubəkirov
6. Tural Əjdərli
(5. Xəyal Əmirli, 80)
Ehtiyat oyunçular:
98. Rəvan Əliyev
1. Pünhan Hacıbalayev
21. Rüstəm İslamov
2. Aqil Mirzəyev
26. Taleh Yusifli
28. Ülvi Sarıyev
36. Şahin Həsənli
16. Aqşin Yaqubov
18. Ağamurad Hüseynov
Baş məşqçi: Ruslan Hüseynov

“Şəmkir”

12. Novruz Rəhimov
19. Elxan Əzizov
6. Cavid Abbasov
10. Sahib Cümşüdov (k)
(8. Ülfan Hüseynov, 75)
57. Məzahir Əhmədov
(14. Surac Şahbazov, 75)
5. Ayxan Məmmədli
(20. Taleh Nəbiyev, 80)
30. Kərəm Əhmədli
9. İlkin Əliyev
77. Yusif Rufullazadə
17. Asim Quliyev
15. Aydın İsxanzadə
Ehtiyat oyunçular:

1. İsrail İsmayılov
4. Kənan İbişov
Baş məşqçi: Ceyhun Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti