"Ona kömək etmək istəyirəm, sadəcə, narahatam ki..."

17 Yanvar 2024 23:40 II Divizion 939
"Ona kömək etmək istəyirəm, sadəcə, narahatam ki..."

"Cavid Hüseynova kömək etmək istəyirəm".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında millimizin 36 yaşlı sabiq üzvü Elvin Məmmədov deyib.

Ötən ilin yayında karyerasını bitirən yarımmüdafiəçinin bu il yenidən yaşıl meydanlara qayıtmaq istəyindən xəbər vermişdik.

İkinci liqanın iddialı klublarından sayılan "Cəbrayıl" onun xidmətində maraqlıdır.

Məmmədov qayıdışı ilə bağlı son durumu şərh edib:

"Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynovla aramızda qardaşlıq münasibəti var. Köməyə ehtiyacı olduğunu bildirdi. Hələ çempionatın startına var. Düşünürəm ki, gedib dəstək olum.

Düzdü, hazırda mini futbol oynayırıq. Amma həmin enerjini üzərimizdən ata bilmirik. Qayıtmaq bu baxımdan da yerinə düşəcək.

Sadəcə tərəddüd edirəm. Çünki az müddət deyil ki, məşqlərdən uzaq qalmışam. Narahatam ki, birdən gedib kömək edə bilmərəm.

Bircə bu nüansa görə qərarımı qəti verməmişəm. Əks halda düşünmədən Cavid üçün qayıtmağa hazıram. Onun uğuru bizim uğurumuzdur".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA