II Liqada mübarizə aparan «Şəmkir»in çətin günləri arxada qalıb.
Qərb klubunə yeni sponsor gəlib.
Rusiyada fəaliyyət göstərən şəmkirli iş adamları doğma rayonun təmsilçisini öz himayəsinə götürüb.
Onlar tərəfindən normal büdcə ayrılıb və həmin vəsaitin maaşların artırılmasına, heyətin gücləndirilməsinə və stadionda təmir işlərinin aparılmasına sərf olunması nəzərdə tutulub.
Komandanın qarşısına konkret tapşırılıq qoyulub - çempionatda yerini qorumaq.
«Şəmkir» 14 tura 6 xal toplayıb və 13-cü pillədə qərar tutub. Bölgə təmsilçisi 2 qələbə və 12 məğlubiyyətlə turnir cədvəlində yalnız «Şəfa»nı qabaqlayır.
«Şəmkir» Azərbaycanın titullu klublarından biridir. Vaxtilə üç dəfə ölkə çempionu olublar. Bir dəfə gümüş, bir dəfə də bürünc medal əldə ediblər.
Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüblər.
SPORTİNFO.AZ

