COP29

Daxili İşlər Nazirliyinin komandası haqsızlıq gördü - VİDEO

18 Dekabr 2023 17:40 II Divizion 533
Daxili İşlər Nazirliyinin komandası haqsızlıq gördü - VİDEO

Azərbaycan II Liqasında XIV tura yekun vurulub.

"Lerik" Lənkəranda "Dinamo"nu qəbul edib.

Görüş 4:4 hesablı bərabərliklə başa çatıb. 90 dəqiqə qarşılıqlı hücumldar şəraitində keçib.

Qonaqlar ilk hissəni 3:2 öndə bitirib. Elmin Əskərli, Ziya Məmmədli və Şahin Əliyev gözəl qola imza atıb.

«Dinamo» fasilədən az sonra daha bir dəfə fərqlənsə də, nominal ev sahibləri məğlubiyyətdən qaça bilib. Vüsal Nuriyevlə yanaşı, Valid Yusubzadə dubla imza atıb.

İkincinin 90-cı dəqiqədə vurduğu qol mübahisələrə yol açıb. Lerikli hücumçu bu epizodda oyundankənar vəziyyətə düşsə də, referi Elvin Bayramov buna göz yumub.

Daxili İşlər Nazirliyinin komandası, ümumiyyətlə, hakimlərin idarəçiliyindən narazı qalıb.

Bunun üçün əsas var - «Dinamo» «Lerik»in bərabərlik qolundan öncə fərqlənsə də, Bayramov onu qeydə almayıb. Halbuki o anda heç bir qayda pozuntusuna yol verilməmişdi.

14 turdan sonra 16 xal toplayan "Dinamo" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 12 xalı olan "Lerik" isə 11-ci yerdədir.

SPORTİNFO.AZ

Lənkəran OİK stadionu. 40 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Aydın Baxşıyev, Mirnihad Seyidov
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Şəhriyar Zərbəliyev, 37 (qeyri-idman hərəkəti); Valid Yusubzadə, 79 (qeyri-idman hərəkəti) // Uğur Sayıllı, 20 (qeyri-idman hərəkəti); Kərim Məmmədov, 34 (qeyri-idman hərəkəti); İlkin Həsənli, 80 (qeyri-idman hərəkəti); Elmin Əskərli, 83 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Vusal Nuriyev, 10, 58; Valid Yusubzadə, 45+2, 90 // Elmin Əskərli, 4; Ziya Məmmədli, 25; Şahin Əliyev, 27, 47
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.

“Lerik”

12. Hafiz Məmmədli
(1. Ayaz Məmmədli, 46)
25. Şəhriyar Zərbəliyev
5. Feyruz Bağıyev
10. Nurlan Əmirzadə
17. Fahil Dostiyev
6. Mətin Əbilsoy
42. Valid Yusubzadə
7. Kamran Abdullazadə (k)
22. Namiq Salayev
4. Vusal Nuriyev
11. Rəvan Quluzadə
Ehtiyat oyunçular:
15. Rəsul Məmmədov
14. Məhəmməd Məmmədzadə

Baş məşqçi: Vidadi Hüseynov

Dinamo”

1. İbrahim Bağırov
11. Şahin Əliyev
7. Elmin Əskərli
20. Valeh Seyidov (k)
24. İlkin Həsənli
(16. Aslan Səlimov, 86)
10. Ziya Məmmədli
5. Elxan Zeynalabdinzadə
6. Kərim Məmmədov
99. Uğur Sayıllı
(15. Tərlan Veysəlli, 84)
17. Fizuli Dəmirov
2. Nihad Mahmudzadə
(3. Yusif Rufullazadə, 76)
Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
19. Əkbər Səfərzadə
14. Rəmzi Səfərov
18. Əli Hacıyev
4. Məhəmməd Rəşidli
Məşqçi: İsmayıl Vəkiliqazicahani

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"