COP29

Bu dəfə "Dinamo" - Azərbaycanda son 5 mövsümün ən…

18 Dekabr 2023 02:10 II Divizion 447
Bu dəfə "Dinamo" - Azərbaycanda son 5 mövsümün ən…

Azərbaycan çempionatlarında son 5 mövsümün ən məhsuldar heç-heçəsi qeydə alınıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu, II Liqanın XIV turunda baş verib.

“Lerik” və “Dinamo” arasında matçda 8 qol vurulub – 4:4.

Ölkə çempionatında daha məhsuldar bərabərlik sonuncu dəfə 2018/19 mövsümündə gerçəkləşib. Həmin vaxt I divizionda 10 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

2019-cu il fevralın 15-də keçirilən qarşılaşmada “Səbail-2” və “Sumqayıt-2” hərəyə 5 qol vurub. Həmin görüşdən 1764 gün sonra yenə məhsuldar sülh qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"