Orta sıralar uğrunda mübarizə aparan «Füzuli» və «Kür-Araz» Bakıda üz-üzə gəlib.
Bu qarşılaşmanı izləmək üçün «ASK Arena»ya vur-tut 20 azarkeş gəlib. Onlar üst-üstə 3 qol izləyib.
İmişli təmsilçisindən Rüfət Rəhimzadə 45+1-ci dəqiqədə Ramazan Abbasovun kənar asmasını başla qola çevirib. Qonaqlar bununla kifayətlənmək istəməyib, daha 2-3 fürsət yaxalayıb.
Fasiləyədək sönük təsir bağışlayan «Füzuli» ikinci hissəyə fəal başlayıb və 4 dəqiqə ərzində önə keçməyi bacarıb. Öncə Süleyman Piriyev təqribən 20-25 metr məsafədən cərimə zərbəisini dəqiq yerinə yetirib.
Ardınca Elnur Səmədov sol cinahdan ötürülən topu yaxın məsafədən başla tora qovuşdurub. Hesabı bərabərləşdirmək üçün yenidən irəli atılan «Kür-Araz» 76-cı dəqiqədə real imkanı boşa verib.
Referi Kamran Əliyevin təyin etdiyi penaltini Ramazan Abbasov qaçırıb. Millinin sabiq yarımmüdafiəçisi tiri nişan alıb.
SPORTİNFO.AZ
“ASK Arena”. 20 tamaşaçı Baş hakim: Kamran Əliyev Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Sənan Atayev Dördüncü hakim: Alik Yunusov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Sarı vərəqələr: Süleyman Piriyev, 51 (qeyri-idman hərəkəti); Nurlan Məmmədov, 75 (qeyri-idman hərəkəti); Ceyhun Cavadov, 89 (oyunun bərpasının ləngidilməsi) // Cavidan Musazadə, 53 (oyunun bərpasının ləngidilməsi); Elariz Xəlilli, 68 (qeyri-idman hərəkəti); Museyib Vəlizadə, 90+2 (hakimin qərarına etiraz) Qollar: Süleyman Piriyev, 57; Elnur Səmədov, 61 // Rüfət Rəhimzadə, 45+1 Qolla nəticələnməyən penalti: Ramazan Abbasov, 76 Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
“Füzuli”
12. Rafiq Kərimov
19. Hüseyn Axundov (k)
22. Rafael Qavami
(17. Vüsal Tahirov, 69)
15. Əziz Hüseynov
6. Ceyhun Cavadov
(5. Vüsal Səfərov, 90)
71. Sergey Markelov
(11. Rəvan Abasov, 86)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
(9. Elnur Səmədov, 46)
20. Haqverdi Həsənov
21. Kənan Mirzəliyev
3. Nurlan Məmmədov Ehtiyat oyunçular:
1. Əyyub Əliyev
95. Əli İbrahimov
28. Ramil Məmmədov
10. Cəsur Hüseynov
8. Cavid Rəhimov
18. Nicad Şəmmədov Məşqçi: Xəqani Quliyev
“Kür-Araz”
1. Əzəmət Müseyibov
11. Ramazan Abbasov
14. Elnur Məmmədov (k)
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
9. Elxan Məmmədov
77. Museyib Vəlizadə
15. Babək Yaqublu
17. Elariz Xəlilli
(55. Qeyrət Əliyev, 86)
5. İlkin Hüseynli
21. Rüfət Rəhimzadə
(7. Eltun Hüseynov, 71) Ehtiyat oyunçular:
99. Novruz Qəhrəmanov
12. Şöhrət Qasımlı
10. Cavid İmamverdiyev
2. Məhərrəm Heydərov
25. İxtiyar Quliyev
44. Ramal Aslanlı Baş məşqçi: Ələmdar Mustafayev