Azərbaycanda futbolçu hakimin üzərinə yeridi, əlini  açdı və... VİDEO

12 Dekabr 2023 19:00 II Divizion 1 095
Azərbaycanda futbolçu hakimin üzərinə yeridi, əlini  açdı və...  VİDEO

II Liqada 14-cü turun matçlarına start verilib.

Çempionatın iddialılarından olan “Cəbrayıl” səfərdə “Göygöl”ün qonağı olub.

Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Göygöl”dən Ülvi Cəlilov qonaqların müdafiə xəttində yaranan boşluqdan istifadə edərək, 6-cı dəqiqədə hesabı açıb.

“Cəbrayıl” 65-cı dəqiqədə avtoqola sevinib. Tapdıq Əhmədov əks-hücum zamanı önünə gələn topu yaxın istiqamətdən qapıya tərəf istiqamətləndirib.

Bu anda “yuvarlaq meşin”ı uzaqlaşdırmağa çalışan Coşqun Abdıyev onu səhvən “çərçivə”yə göndərib.

Bundan sonra oyun nisbətən canlanıb. Tərəflər artıq daha açıq futbol sərgiləməyə başlayıb.

“Cəbrayıl” belədə hesabda önə keçmək üçün fürsət yaxalayıb, Elvin Nəsibov əlverişli mövqedən qapıya düşə bilməyib.

Qarabağ təmsilçisinin tədricən ərazi üstünlüyünə yiyələndiyi bu dəqiqələrdə qəfildən Elvin Dəmirov ortaya çıxıb. Müdafiəçi iki dəqiqə aralığında iki sarı vərəqə alaraq, komandasnını çətin vəziyyətdə buraxıb.

Öncə rəqibinə qarşı qeyri-idman hərəkətinə yol verib, ardınca hakimə sərt etiraz bildirib. Referi Əli Əliyev 30 tamaşaçının önündə qırmızı vərəqəni çıxarınca, Dəmirov bir az da hirslənib, onun üzərinə yeriyirib.

Elə təəssürat yaranıb ki, Elvin “fit sahibi”ni sillələyəcək. ancaq o, çətin də olsa, özünü toparlaya, əsbəblərini cilovlaya bilib.

Say üstünlüyü “Göygöl”ün işinə yarayıb. Ziyabil Məmmədov 90+1-ci dəqiqədə müdafiəçidən dönən topu cərimə meydançasının künc dairəsindən birbaşa qapının uzaq küncünə fırlayıb.

Zərbə gözəl alınıb və qapıçı Nurlan Quluzadəyə başı üzərindən gedən topa sadəcə seyr etmək qalıb.

SPORTİNFO.AZ

Göygöl OİK stadionu. 30 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Samir Qaracayev
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Kənan Allahverdiyev, 50 (oyunun bərpasının ləngidilməsi) // Elvin Dəmirov, 72 (qeyri-idman hərəkəti), 74 (hakimin qərarına etiraz); Elşad Əliyev, 89 (qeyri-idman hərəkəti); Məhərrəm Orucov, 90+1 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Elvin Dəmirov, 74
Qollar: Ülvi Cəlilov, 6; Ziyabil Məmmədov, 90+2 // Tapdıq Əhmədov, 65
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 5 dəq.

“Göygöl”

1. Nicat Əmirxanov (k)
10. Ziyabil Məmmədov
22. Vüsal Mehdiyev
(5. Səmid Rüstəmbəyli, 70)
15. Coşqun Abdiyev
(4. Qaya Nəsibov, 88)
20. Cavid Abbasov
14. Ülvi Cəlilov
70. Kamal Həsən-pur
33. Kənan Allahverdiyev
6. Kərim Vəliyev
(17. Emil Mürsəlov, 90+3)
25. Fərid Məmmədov
11. İntiqam Tağıyev
Ehtiyat oyunçular:
8. Fizuli Həsənzadə
88. Nihad Məhərrəmov
Məşqçi: Elnur Kazımov

“Cəbrayıl”

12. Nurlan Quluzadə
10. Tapdıq Əhmədov
17. Nurlan Quliyev
(9. Elvin Nəsibov, 60)
(4. Saleh Süleymanov, 82)
25. Baxşəli Baxşəliyev
26. Elvin Dəmirov
13. Elşad Əliyev (k)
19. Məhərrəm Orucov
33. Hüseyn Novruzov
22. Əli Nəcəfli
14. Əliəkbər Şəbiyev
90. Ağabəkir Həşimli
(11. Anar Tağıyev, 60)
Ehtiyat oyunçular:

1. Namaz İsmayılov
23. Həsən Həsənli
30. Nazim Kərimli
99. İman Müseyibov
21. Kamran Yolçiyev
20. Zahid Abbaszadə
Baş məşqçi: Cavid Hüseynov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA