Bu qədər qol buraxdı, qorxuya düşdü, klub rəhbəri qapının arxasına keçdi, sakitləşdirdi - VİDEO

11 Dekabr 2023 11:40 II Divizion 1 135
Bu qədər qol buraxdı, qorxuya düşdü, klub rəhbəri qapının arxasına keçdi, sakitləşdirdi - VİDEO

II Liqada ilk dövrəyə yekun vurulub.

"Dinamo" 13-cü turda "Bakı Sportinq"lə üz-üzə gəlib.

Çempionatın lideri "polislər"lə matçıdan 4:2 hesablı qalibiyyətlə ayrılıb. Qarşılaşma start fitindən başlayaraq açıq futbola şahidlik edib.

Artıq 24-cü dəqiqəyə kimi dörd qol vurulub. "Dinamo"dan Fizuli Dəmirov 2-ci dəqiqədə yaxın məsafədən hesabı açıb.

Vaxtilə "Bakı"nın "şinel"indən çıxmış Ülvi Quliyev az sonra bərabərlik qolunu vurub. Hücumçu cinahdan ona ötürülən topu sinəsiylə qapıya istiqamətləndirib.

Quliyev ardınca penalti zərbəsini dəqiq yerinə yetirərək, həm dublunu rəsmiləşdirib, həm də çempionatdakı qollarının sayını 12-yə çatdırıb.

"Bakı Sportinq"dən Elməddin Hüseynzadə və Röyal Nəcəfov hərəyə 1 dəfə fərqlənib. "Dinamo"çu Elmin Əskərli isə təsəlli qoluna imxa atıb.

Bu matçda yaşanan maraqlı anlardan biri nominal ev sahiblərinin qapıçısı İbrahim Bağırovla bağlıdır. Ardıcıl qollar buraxan və stress yaşayan 18 yaşlı kiper israrla əvəzlənməsini istəyib.

Onu yalnız klubun İdarə Heyətinin sədri Yaşar Seyidov sakitləşdirib. Təcrübəli futbol funksioneri tribunadan aşağı enərək qapının arxasına keçib və İbrahimlə bir qədər söhbət edib və onu sakitləşdirib.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 30 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Sənan Atayev
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Ziya Məmmədli, 41 (hakimin qərarına etiraz) // Hüseyn Əliyev, 45 (qeyri-idman hərəkəti); Qərib İbrahimov, 90 (oyunun bərpasının ləngidilməsi)
Qollar: Fizuli Dəmirov, 2; Elmin Əskərli, 56 // Ülvi Quliyev, 4, 22 (p.); Elməddin Hüseynzadə, 8; Röyal Nəcəfov, 73
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

Dinamo”

1. İbrahim Bağırov
11. Şahin Əliyev
7. Elmin Əskərli
20. Valeh Seyidov (k)
24. İlkin Həsənli
10. Ziya Məmmədli
(4. Məhəmməd Rəşidli, 90+2)
5. Elxan Zeynalabdinzadə
6. Kərim Məmmədov
99. Uğur Sayıllı
(15. Tərlan Veysəlli, 53)
17. Fizuli Dəmirov
2. Nihad Mahmudzadə
Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
3. Yusif Rufullazadə
19. Əkbər Səfərzadə
55. Nihat Bayramlı
16. Aslan Səlimov
14. Rəmzi Səfərov
Məşqçi: İsmayıl Vəkiliqazicahani

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
25. Qərib İbrahimov
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
8. Aqşin Paşayev
(10. Elgün Abbaslı, 73)
28. Ülvi Quliyev
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
2. Ramil Rüstəmov
99. Hakan Həsənov
(14. Emil Həsənzadə, 62)
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
7. Məhəmməd Xəlilov
3. Taleh Babayev
44. Vüqar Rəhimov
5. Rəvan Kərimov
6. Ağası Babayev
16. Emin Hüseynzadə
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA